Lətifə İnistut və Eşşək

Bir kişi eşşəyə minib şəhərə gəlir. Görür ki, bir hündür binanın qabağına xeyli cavan oğlan və qızlar toplaşıb. Onlardan soruşur : - Bura haradır? - İnstitutdur. - İnstitut nədir? - Burda 5 ilə eşşəyi adam eləyirlər. Kişi cəld eşşəkdən düşür, onu ağaca bağlayır və çıxıb gedir kəndə. 5 ildən sonra həmin yerə qayıdan kişi ağacın altında səliqəli geyinmiş bir cavan oğlan görür və “Düz deyirlərmiş, əsl adam olub”- deyərək onun qalstukundan yapışaraq dartır ki, “Gəl gedək evə”. Bu hərəkəti başa düşməyib özünü təhqir olunmuş hesab edən oğlan kişinin arxasına möhkəm bir təpik ilişdirir. Kişi ufuldaya-ufuldaya deyinir: - Adam olmağına adam olmusan, amma köhnə, şıllaq atmaq xasiyyətini də tərgitməmisən.))
+ +5 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz