Qisa Lətifələr

Qisa Letifeler Toplusu

Tarqovıda:
-Qaqa bir dəqiqə olar səni?
-Я не понимаю, говори по русски.
-Pulun düşüb ee yerə.
-Hanı, hanı ?

***

-İki dost işdən evə qayıdırdı.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm

***

Müəllim şagirdlərə deyir:
-Sizə bir cümlə deyəcəm,onu cümlə üzvlərnə görə təhlil edəcəksiz.Cümlə belədir-Səfər ona verilən qızıl saatı almadı.Burda Səfər nə olur?
- Uşaqlar xorla deyir:
-AXMAQ!

***

Uşaq bağçasında dərs bitir. Müəllimə uşaqlara deyir:
-Uşaqlar indi isə, müəllimə gedir. Nə demək lazımdır?
Uşaqlar xorla:
-Allaha şükür.
(Mən də elə deyirdim )

***

Bir sayt adminini əsgərliyə aparırlar.
Gecə sərhəddi qoruyan vaxt ayaq səsi eşidir.
-Dayan!
Parolu de.
-Bakı.
-Bəs login? :)))

***

Bir nəfər parkda skamyada pərişan halda oturur.Başqa birisi yaxınlaşıb soruşur:
- Niyə belə qəmlisən,dəryada gəmilərin batıb?
+Otur, danışım.
İkinci də skamyada oturur.
- İş ondadır ki, qardaş, skamya yenicə rənglənib :)))

***
Üzünüzdən gülüş əskik olmasın, əziz userlər...

+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz