Mahni Sözləri - Olmaz olmaz deyirsən

Mahni Sözləri - Olmaz olmaz deyirsən

Olmaz olmaz, deyirsən…
Sahil sakit, çəkilibdir ayaqlar,
Coşan dalğa qayaları qucaqlar.
Deyəndə ki, gəl qayıqla üzək yar,
Çatıb qara qaşlarını nədən sən,
Olmaz-olmaz, Olmaz-olmaz, deyirsən?

Ay ucalır gecə olur tən yarı,
Əynin nazik, əsir dəniz rüzgarı,
Üşüyürsən, bir yaxına gəl barı,
Qəzəblənib alovdan don geyirsən,
Olmaz-olmaz, Olmaz-olmaz, deyirsən?

Sübh şəfəqi boyayanda aləmi,
Töküləndə çiçəklərin şəbnəmi,
Deyəndə ki, çatdı ayrılıq dəmi,
Buraxmayıb əllərini əlimdən,
Olmaz-olmaz, Olmaz-olmaz, deyirsən?

+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz