Şöhrət Məmmədov-Öpüm nəfəsindən Mahnı sözləri

**NƏQARƏT**

Keçim həvəsimdən dodaqlardan
Nə hallara düşdüm, nə hallardan
Yorulmuşam axı olanlardan
Öpüm nəfəsindən uzaqlardan


Yayılıb aləmə fəryadım harayım
Bir ümidim olsun hər zaman arayım
Oxşayım saçını telini darayım
Öpüm şirin-şirin yanaqlardan


Nə bilsin ağlamaq çarəmi həllimi
Öləcəm qalacam bu səncə bəllimi?
Şair qadınısan alım təsəllimi
Sətirlərdən varaqlardan

         

Ölərəm yolunda qırmaram xətrini
Adınla bəzədim şeirimin sətrini
Evim sənsənaxı alıram ətrini
Saçına toxunmuş daraqlardan 


Bir sor ömrüm mənsiz sən tək necə qaldın
Ölüm qollarında sən qəlbimə doldun
Vazkeçilməz oldun sən nə doğma oldun
Həyatıma gəlmiş qonaqlardan


Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz