Stress Çixarir

BEZİ ÖLKELERDE SATIŞDAN YIĞIŞDIRILAN "STRESS ÇARXLARI " BAKININ MAĞAZALARINDA.
Son bir neçe ayın en meşhur oyuncağı olan "stress çarxı" bezi ölkelerde qadağan olunsa da, Azerbaycanda getdikce daha çox yayılmağa başlayır. Uşaqların diqqetinin dağılmasına sebeb olduğuna göre ABŞ-ın bir neçe ştatında, Böyük Britaniya ve Ereb Emirliyinde satışdan yığışdırılan oyuncaq Bakının demek olar ki, bütün bazar ve ticaret merkezlerini bezeyir. Materialından ve dizaynından asılı olaraq 5-7 manata satılan çarxlarla yanaşı satışda daha bahalı, hetta qızıldan hazırlanan "stress çarxları" da mövcuddur.
Virtual.aza istinaden xeber verilir ki, daha çox mekteblilerin diqqetini çeken bu oyuncağın eslinde stress yaratdığını düşünenler de var. Psixoloqlar hesab edirler ki, ümumiyyetle, mekteb yaşlı uşaqlara bu oyuncağın alınması meslehet deyil.
Güclü piar olunan çarxın paytaxtda en çox satılan oyuncaq olduğunu satıcılar da tesdiqleyirler.
Azad İstehlakçılar Birliyinin sedri Eyyub Hüseynov deyir ki, oyuncaqla bağlı onlara her hansı şikayet daxil olmasa da, zeng edib "stress çarxı"nın ziyanlı olub-olmadığını soruşanlar var. Tebii ki, men insanlara bu cür oyuncaqlardan uzaq olmağı meslehet görürem. Çünki uşaqlarda fırlanan cismlere maraq bezi beyin xesteliklerinden xeber verir. Valideyn de uşağına bunu almaqla onu xesteliye celb etmiş olur. Eksine bu cihazlar daha çox stress getirir, analitik düşünceni zeifledir. Uşaqlar tebietle temasda olsalar, heyetde oynasalar, onlar üçün daha faydalı ola biler", - deye E. Hüseynov bildirir.
"Stress çarxı"nın zererli olduğunu psixoloqlar da tesdiqleyirler. Uşaq psixoloqu Narınc Rüstemovanın sözlerine göre, valideynler uşaqlarını bele oyuncaqlardan uzaq tutmalıdırlar. "Valideynler hemişe asan yollara qaçırlar. Meselen, düşünürler ki, "uşaq eseb keçirib, çarx verim, başını qarışdırsın". Eslinde müasir dövrde her bir uşaq stresse meruz qala biler. Çünki mektebe gedir, derslere cavab vermelidir, evde bacısı ve ya qardaşı ile hansısa konflikti yaşayır. Biz bir verdişi düzeltmek üçün bele çarxı uşağa almaqla, onu diger bir zererli verdişe adaptasiya etmiş oluruq. Kobud desek, bu içki içen birinin narkotike öyreşdirilmesi kimi bir şeydir", - deye psixoloq bildirir.
REKLAM:
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz