Cingiz Mustafayev

Cingiz Fuad oglu Mustafayev 1960-ci il avqustun 29-da herbci ailesinde anadan olub. 1983-cu ilde Azerbaycan Tibb Institutunu bitirib. 1985-ci ilde yaratdigi Cengi birliyindeki fealiyyeti ile Azerbaycan genclerinin lideri seviyyesine yukselib. Bu Sovet Ittifaqinda bashlanan yenileshme prosesinin Azerbaycanda teshekkul tapan ilk yetkin tezahuru idi. Azerbaycanin medeni-ictimai heyatinda oynmaga bashladigi rol Cingiz Mustafayevi islahtci-novator lider simasinda teqdim etmekde idi.
Ermenistanin Azerbaycana qarshi Qarabag tecavuzu bashlayandan sonra Cingiz jurnalistikaya uz tutdu. O 1991-ci ilden Azerbaycan Dovlet televiziyasinda reportyor kimi calishmaqa bashladi. Ancaq yalniz Azerbaycan miqyasinda felaiyyet gostermekle kifayetlenmedi. Onun reportajlari informasiya blokadasinda olan Azerbaycan haqqinda gercekliklerin Amerika ve Avropanin aparici teleagentlikleri ve televiziyalarina yol tapdi. Dovlet televiziyasinda movcud olan senzura ve ciddi yasaqlar Cingiz Mustafayevi genish fealiyyet imkanlarindan mehrum edirdi. Ona gere de Cingiz elahidde olaraq 215 kl studiyasi kimi muxtar qurumun yardilmasinin teshebbuskari ve yaradicisi oldu. Onun reportajlari bir qayda olaraq cebheden olduguna gore 215 kl studiyasini da tamashacilar mehz muharibedn melumat veren telequrum kimi qebul edirdiler.
Cingiz Mustafayev Azerbaycan-Ermenistan muharibesinn 1992-ci ile qeder olan dovrunun esil salnamesini yaratdi. Olkenin doyush geden butun bolgelerinden operativ xeberler, ayri-ayri eskerler haqda xususi reportajlar ve butun bunlarla yanashi Azerbaycanda geden siyasi prosesler barede etrafli informasiyalar onun muellifliyi ile perverish tapirdi. Cingiz Mustafayev Azerbaycan tamashacisina her bir reportaji ile tanish olsa da, dunya onu daha cox Xocalida cekdiyi filmle tanidi. Cingiz Mustafayevin mehz bu filmi ile Ermenistanin imici butun dunyada ciddi sarsintiya meruz qaldi. O doyush zonalarina yalniz reportyor kimi yollanmirdi. O cebhede bir esker, bir zabit ve hetta bir komandan kimi cox vezifeni oz uzerine gotururdu. Lacindan cixan eskerlerle onun geri qayitmaq berede verdiyi keskin ve qeisa gosterishler, bu emrlerin yerine yetirilmediyi teqdirde Cingizin emosional davranishi en yeni teletarixin en dramatik sehifeleridir.
Ve Cingiz Mustafayev bir telejurnalist olaraq cebhede yarandigi kimi cebhedede helak oldu. 1992-ci ilin iyun ayinin 15-de Agdamin Naxcivanik kendinde cekilish zamani aldigi mermi qelpesinden helak olan Cingiz sonadek kamerani sondurmedi. Bu hem de onun olenden sonra da yashagacagina ishare idi.
Cingiz Mustafayev 1993-ci ilden Azerbaycan Respublikasinin Milli Qehremanidir
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz