Yol Haqqinda

Biz sosial mediada:
TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

Yol Nədir
Gediş-gəliş və nəqliyyat işləməsiüçün zolaq şəklində ayrılmış yer.Kəndarası yol. Bu yol haraya gedir? Avtomobilyolu. Şose yolu. – [Yusif şah] əmr elədiki, hər yerdə yollar təmir olunsun və lazımməqamlarda və mənzillərdə körpülər və karvansaralartikilsin. M.F.Axundzadə. Bağlararası ilə uzanan bir yolla gedirdim. S.Hüseyn._Yol çəkmək – şose, yaxud dəmir yolu inşaetmək. Yol salmaq – 1) bir yerdən çox gedibgələrəkoranı işlək hala gətirmək; 2) b a x yolçəkmək. // Təyyarələrin, gəmilərin hərəkətetdiyi xətt. Hava yolu. Dəniz yolu. Su yolu.// Keçiləcək yer, keçid, keçmək üçün yer.Yolda dayanmaq. Yolu kəsmək. Kolları qırıbyol açmaq. Buzqıran gəminin açdığı yoldanqayıqlar keçdi
Dəmiryol xətti; rels. Qatar yolda durmuşdur.Tramvay yolu
Səfər, səyahət. Yorucu yol. Yolumuz çoxşən keçdi. Yolda heç yatmadıq. Uzaq yoldangəlmək. – Yolçu yolda gərək. (Ata sözü). _Yolüstdə olmaq – səfərə hazırlaşmaq, səfər ərəfəsindəolmaq. Bala, səhər ertənin soyuğunaözünü vermə! Yol üstdəsən, xəstələnərsən.Ə.Vəliyev. Yola çıxmaq – uzaq bir yerə səfərəgetmək. Rizvan, belə qarlı və çovğunluhavada bir cüt öküzlə yola çıxmağa cürət etmədiyindən,qonşusunun da öküzlərini aldı.S.Hüseyn. Yoldan gəlmək – səfərdən və yauzaq bir yerdən gəlmək
İstiqamət, yön. _ Yolu azmaq (itirmək)– azmaq, yolu tanımamaq. Qayıdarkənyolumu azdım. S.Hüseyn. // məc. Fəaliyyətistiqaməti, inkişaf xətti. Yazıçı öz yaradıcılığındayeni bir yol seçdi. Hərə öz yolunutapacaqdır. // məc. İmkan. Hər bir adam qarşısındageniş yollar açılmışdır
anat. Canlı orqanizmdə: müxtəlif maddələrinkeçdiyi boru. Sidik yolu
məc. Bir yerə girmək, daxil olmaq imkanı.Yuxarılara yol axtarmaq. – Mənim konsulxanadaverilən ziyafətə yol tapa biləcəyiməimkan yaradacaq idi. M.S.Ordubadi
Bir şeyi əldə etmək üçün üsul, vasitə,vəsait. İşin yolunu öyrənməli. Məsələni ikiyolla həll etmək olar. Bilik əldə etmək üçünəsas yol gərgin əməkdir. Müharibə dövlətlərarasında mübahisəni həll etmək üçün yol olabilməz. // Çarə, əlac, tədbir. [Muradın] qarşısındaiki yol vardı; Nigarı boşayıb adını özüzərindən qaldırmaq və ya onu tamamilə sərbəstburaxıb hər işinə göz yummaq.. S.Hüseyn._ Yol aramaq – tədbir düşünmək
məc. Dünyagörüşü, əqidə. O, başqa yolunadamıdır
məc. Dəfə, kərə. Ondan üç yol soruşdum.Bu gün iki yol çimmişəm. – Əlli yol çapılam,yüz yol talanam; Bir şey deyil dövlət,mal, incimərəm. Aşıq Ələsgər. Nə var qoçaq,nə üçün bağırırsan? Bura ki meşə deyil.. İstəyirsənmipeysərinə bir beş-on yol da şapalayım,elə düz gedəsən. N.Vəzirov. [Koxa:]Məmmədağa! Başın üçün, nəinki iki-üç vəbəlkə on yol demişəm. N.Nərimanov
…yolunda, …yolda şəklində – uğrunda,üçün, naminə. Dost yolunda. Yüksək ideallaryolunda. Azadlıq və səadət yolunda. Vətənyolunda canından keçmək. – Dost yolunda budünyada; Başından keçdiyin varmı? “Koroğlu”.Mən axırda arvada dedim ki, dəxi bizimyolumuzda onun zəhmətinə ehtiyac yoxdur.C.Məmmədquluzadə. Yarın bahar mövsimidir,aşıq olmalı; Canan yolunda ölmək üçünşaiq olmalı. A.Səhhət. [Zeyd:] Bil ki, bu yoldakeçərəm; Canımdan, həm varımdan. Ü.Hacıbəyov.◊ Yol açıqdır! – buyura bilərsən! gedə bilərsən!rədd ol! get! Yol açmaq məc. – hərhansı bir yenilik sahəsində birinci olmaq;// təşəbbüsçü olmaq, nümunə olmaq, yol göstərmək.Özünə tapdın əlac, tapdın əlac; Vəliyəsən bir yol aç, sən bir yol aç! Ü.Hacıbəyov.Yol ağzında – yolun yanında, yol kənarında,yola yapışıq yerdə. Yol ağzında durub gözləmək.– Bostan yol ağzında idi. Ə.Əbülhəsən.Yol almaq – hər hansı bir istiqamətdəhərəkət etmək, getməyə başlamaq. [Yolçu]şəhər yolundan dönərək kərpic zavoduna yolalır. Mir Cəlal. Yol bilmək – 1) yola bələdolmaq. Qəhrəman şəhər tanımır, yol bilmir.S.Rəhimov; 2) tədbirli olmaq, tədbir tapmaq.Yol döymək – bir yerə çox gedib-gəlmək.Yol eləmək – çox gedib-gəlməkdən yol salmaq;// həddindən artıq gedib-gəlmək. Dünyanınüstündən yol eylərəm mən; Bu hikmətdəmən Musayam, sən nəsən? Aşıq Valeh. Yolgöstərmək – rəhbərlik etmək, yönəltmək,istiqamətləndirmək. Yol götürüb (alıb, tutub)getmək – həddindən artıq bol olmaq.Yol gözləmək – bir adamın gəlməsini gözləmək,müntəzir olmaq. Bir təpə başında oturubsəbirsizliklə atamın yolunu gözləyirdim.A.Şaiq. Yol kəsmək – 1) çapovulçuluqla,qarətgərliklə məşğul olmaq, soyğunçuluq etmək.Bəs hansı dilənçilər, görəsən, qulduroldular, yollar kəsdilər? M.F.Axundzadə;2) mane olmaq, yol verməmək. Onun xoşbəxtliyininyolunu kəsə bilərikmi? M.S.Ordubadi.Yol ölçmək – boş yerə, səmərəsizgedib-gəlmək. Yol ötmək – keçmək, keçibgetmək. Yol tutmaq – bir tərəfə istiqamətgötürmək, getməyə başlamaq. Yol uzunu –bütün yolu, yol boyunca. Atları sürən bir yekəpapaqqoca kişi idi ki, yol uzunu mürgüləyirdi.C.Məmmədquluzadə. Yol uzunu söhbətimizHacı kişidən idi. Qantəmir. Yol üstdə –bax yol ağzında. Bağ salmışam yol üstdə;Meyvəsi var bol, üstdə; Gedirəm yar görməyə;Yağı durub yol üstdə. (Bayatı). Yol vermək –1) başqasının keçməsi üçün kənara çəkilmək;2) icazə vermək, imkan vermək, mane olmamaq.Belə şeylərə yol vermək olmaz. Yol verməmək– icazə verməmək, imkan verməmək,mane olmaq. Qanun buna yol vermir.– Səni beş qrana işlətməyə insafım yol vermir,artığa da gücüm çatmaz. M.İbrahimov.Yol vərəqəsi – ezamiyyətə, sanatoriyayavə s.-yə gedənlərə verilən vəsiqə; putyovka.Cərrahiyyə professorunun xahişinə görə, RüxsarəyəCənubi Krım sahilinə getmək, oradadincəlmək üçün yol vərəqəsi hazırlandı. S.Rəhimov.Yol yoldaşı – bərabər yol gedən (səfərəçıxan) adamlardan hər biri. Yol yorğunuolmaq – bir yerə çox gedib-gəldikdə,lakin bir şey əldə edə bilmədikdə deyilənifadə. Yola aparmaq – 1) yaxşı rəftar etmək,yola vermək; 2) idarə etmək. Adam gərək hərdil ilə olsa filcümlə fəhm və zəmanə əhlininadət və [xassələrindən] müttəle olsun, öz işinyola aparsın. M.F.Axundzadə. Yola aparmamaq– yaxşı rəftar etməmək, yola verməmək,daim dalaşmaq, höcətləşmək, sözləşmək.Günlərin bir günü qızların anası öldü,ataları getdi, təzə arvad aldı. Bu arvad qızlarıyola aparmadı. (Nağıl). Yola düşmək –getmək, hərəkət etmək. Sabah yola düşəcəyik.Səyyahlar yola düşdülər. Yola düşməyəhazırlaşmaq. – O adam Şiraza yola düşübdür.Ü.Hacıbəyov. Yola düzəlmək – yoladüşmək (ayaqla). Qasid vidalaşıb yola düzələrkənşair, qıza: – Sən artıq kəniz deyilsən, –dedi. Ə.Məmmədxanlı. Yola gedər – keçər,gedər, ötüşər, razılaşmaq olar. Nağılbazlığıyola gedər, ancaq ağzıbütöv qoca olsun.S.Rəhimov. Yola getmək – yaxşı rəftar et-mək; keçinmək, dolanmaq, birlikdə dinc yaşamaq.[Molla Xəlilin] dediyi kimi, ikisi biryerdə yola gedə bilməyəcəkdilər.. S.Hüseyn.Yola getməmək – bir yerdə ünsiyyət tapabilməmək, xasiyyətləri tutmamaq, aralarındayaxşı münasibət olmamaq, daim sözləşmək,mübahisə etmək, dalaşmaq. Onlar heç yolagetmirlər. – İslam keçən payızda ikinci bir arvadaldığından, iki günü bir evdə yola getmirdilər.S.Hüseyn. Yola gəlmək – uzun-uzadıfikirləşməkdən, xahişdən, nəsihətdən, söhbətdənsonra razı olmaq, razılıq vermək. [Yığılanlar]da nə qədər nəsihət elədilərsə, Anaxanımyola gəlmədi. “Aşıq Ələsgər”. Yolagətirmək – dilə tutaraq razı etmək, razılığınanail olmaq. Mənim başım plov bişirməyə qarışacaqdır,sən çalış, onu yola gətir. S.S.Axundov.[Mirzağa:] Mən [Cəmiləni] tez yola gətirərəm.S.Hüseyn. Yola rəvan olmaq – b a xyola düşmək. Axşama bir saat qalmış yolçularçıxdılar və gecə orada qalıb səhər yolarəvan oldular. S.S.Axundov. Yola salmaq –1) gedəni qapıya qədər və ya səfərə çıxanıminiyə qədər ötürmək, müşayiət etmək. Eşitmişikxanımı yola salmısan; Xanım getcək kim,sən tənha qalmısan. Ü.Hacıbəyov. O gəmiilə mən də öz yaralı qardaşımı yola saldım.M.Hüseyn; 2) təmin etmək, razı salmaq. Birbadya qatıq doğraması ilə on-on beş fəhləniyola salmaq olurdu. Mir Cəlal. Yola vermək– 1) rəftar etmək, dolandırmaq, idarəetmək. [Mehribanı] Zeynal istədiyi tərzdəidarə edib yola verməli idi. S.Hüseyn. [Atam:]“Quzğun”dan bizim evə gələn gənci biz yolaverəcəyik, zənnindəyəm. Çəmənzəminli;2) ötürmək, üstündən keçmək. Onun yanındanüfuzdan düşməsin deyə, işi birtəhər zarafatlayola vermək istədi, zorla gülümsündü.M.Hüseyn; 3) həyata keçirmək, məqsədinəçatmaq. [Kərəmovu] mütrüb kimi oynadıb ələsalan, öz işlərini yola vermək üçün bir alətəçevirən yaltaqları, ikiüzlüləri çox sərrast təyinetmişdir. İ.Əfəndiyev. Yola verməmək – rəftaretməmək, yola getməmək, ünsiyyət tapa bilməmək.[Anası:] Bəlkə səni evdə baldızların,qayınların yola vermirlər? Çəmənzəminli.Yoldan azmaq – b a x yoldan çıxmaq 2-cimənada. Yoldan çıxar(t)maq – azdırmaq,sapdırmaq, başdan çıxarmaq, müxtəlif yollarlaaldadaraq başqa bir işə (adətən pis işə)sövq etmək. Ağa, başına dönüm, məni yoldançıxartdılar. Mən bir fəqir, dinc adamam.M.F.Axundzadə. Neçə-neçə qərinələrdən bərimüsəlman elə xəyal eləyir ki, “Şeytan” adındaonun bir düşməni var ki, həmişə istəyir,onu yoldan çıxartsın. C.Məmmədquluzadə.[Həsənqulu bəy:] Rüstəm bəy, vallah, bağışla,bizi Məşədi İbad yoldan çıxartdı. Ü.Hacıbəyov.Yoldan çıxmaq, yolundan çıxmaq –1) qəzaya uğramaq. Qatar yoldan çıxdı;2) məc. azmaq, sapmaq, pis yola düşmək.Amandı, qoymayın övladınız azıb çıxa yoldan;Ola bu yaxşı vələdlər yaman, bu boyda, buboyda. M.Ə.Sabir. Yoldan eləmək (etmək) –1) b a x yoldan saxlamaq. Bülbülü güldəneylərsən; Gedəni yoldan eylərsən. Aşıq Həsən;2) b a x yoldan çıxar(t)maq. Akoşkanın milləri;Açıb qızılgülləri; Oğlanı yoldan eylər;Qızın şirin dilləri. (Bayatı). Yoldan qalmaq –bir səbəb üzündən gedəcəyi yerə gedə bilməmək,yaxud qatara və s.-yə gecikmək.Yoldan qoymaq – b a x yoldan eləmək 1-cimənada. Yoldan ötən, hər yoldan ötənməc. – hər kəs, hər adam. Yoldan saxlamaq– getməsinə mane olmaq, getməkdəndaşındırmaq. Şükür Məşədi Həsən əmini yoldansaxlaya bilmədi. S.Hüseyn. Yolları ayrılmaq– aralarında nifaq, ixtilaf əmələ gəlmək.Yolları (yolu) ayrı olmaq – məqsədləri,niyyətləri, qayələri başqa-başqa olmaq, birbirinəuymamaq. Yolu bir olmaq – bir məqsədtəqib etmək, bir məsləkdə, bir əqidədəolmaq. Yolu çaşdırmaq – hansı tərəfə gedəcəyinibilməmək; azmaq. …yolun yolçusu –bax yolçu. Yolu düşmək – təsadüfən gəlmək,getmək, bir yerdə olmaq. Poçta yolumdüşdü və bir açıq kağız alıb kəndimizə, MollaCəfər rəfiqimizə müxtəsər yazdım.. C.Məmmədquluzadə.Ax, yolum bir yenə Samuxadüşə; Ürəyim istəyir gedə görüşə.. H.K.Sanılı….yolu ilə – …qaydası ilə, …üsulu ilə, …kimi.Dostluq yolu ilə. Yolu(n) yumrulsun, yoluyumrulmuş – qarğış ifadəsi. [Tükəz:] Çifayda,Əzrailin yolu yumrulsun ki, sənin kimimurdarı yer üzündə qoyub, gözəl cavanlarıqara torpaq altına yollayır! M.F.Axundzadə.[Nazlı xanım:] Dünən olan-olmazımı vermişəmkişiyə, aparsın satsın, kişi də aparıb satıb,yolu yumrulmuş yoldan dönüb Nəcəf bəyinyanına. Ə.Haqverdiyev. Yolun yumrulsun,ölüm! Al-qana döndü könlüm. R.Rza. Yolunadüşmək (girmək) – adi halına düşmək, nizamvə qaydaya düşmək, normaya düşmək.Ənisə çox yaxşı bilirdi ki, ər evinə getməkləistər özünün, istər atası Məşədi Əhmədinmaddi həyatı qismən yoluna düşə bilər. S.Hüseyn.Yoluna qoymaq – b a x yoluna salmaq.Yoluna salmaq – nizama salmaq, qaydayasalmaq, davam etdirmək. Yolundan çıxmaq– b a x yoldan çıxmaq. Mənim sözümöz yolundan çıxanı; İnşallah, qaytarar, düzinsan eylər. Aşıq Ələsgər. Yolunu görmək –rüşvət vermək. [Həcər:] Divanbəyinin layiqincəyolun görmək bizim başımız üstə.M.F.Axundzadə. [Məhəmmədəli:] ..Qabaqcadanyolumu görməsən, mən səni içəri qoymaram,qardaş! N.Vəzirov. Yolunu gözləmək,yolunu saxlamaq – hörmət etmək,ehtiram etmək. Özündən böyüyün saxla yolunu;Düşən yerdə saxla ərzi-halını. AşıqAbbas. Rüstəm kişini görən hər bir kəs uzaqdanona salam verir, yolunu saxlayırdı. S.Rəhimov.Yolunu kəsmək – maneçilik törətmək,mane olmaq, əngəl törətmək. Axır (son)yol – ölüm. Dörd yol ağzı (ayrıcı) – iki yolunkəsişdiyi nöqtə. Gözləri yol çəkmək – b a xgöz. Gözləri yolda qalmaq – b a x göz. Kanatyol – polad kanatlardan asılmış və onunlahərəkət edən vaqonetlərlə yük (bəzən adam)daşımaq üçün qurğu. Daşkəsəndə kanat yoluilə filiz stansiyaya daşınır. Nə yolda? – nəhalda? necə? nə vəziyyətdə? [Xan:] Amerikaticarət müəssisələri ilə olan işlərin nə yoldadır?M.S.Ordubadi. [Mehriban:] Zeynal məzuniyyətdənqayıtdıqdan sonra özü ilə əlaqəsinə yolda olacaqdı? S.Hüseyn. Öz yolu ilə(öz yolunda) getmək – 1) heç kəslə işi olmamaq,heç kəsə toxunmamaq, mane olmamaq;2) lazımi qaydada, adi yolu ilə getmək.İşlər öz yolu ilə gedir. Yaxşı yol! – yola (səfərə)çıxana salamatlıq, uğur arzusu.

Şərh Yaz