Maraqli bir fakt Daha Meydançada

Maraqli bir fakt Daha Meydançada

1989-cu ildə şayba uğrunda mübarizə zamanı qarşı tərəfin konkisi qapıçı Klint Malarçukun boğazını kəsib. Nəticədə onun şah damarı kəsilib və qan buzun üzərinə fışqırıb. Bu mənzərəni görən 11 tamaşaçı huşunu itirib, ikisinin ürəyi tutub, üç hokkey oyunçusu isə elə meydançadaca, buzun üstünə qusub.
Maraqlıdır ki, bundan sonra K.Malarçuk ayağa qalxaraq meydançanı özü tərk edib: “Mən bilirdim ki, anam matçı televizordan izləyir; onun gözləri qarşısında ölmək istəmədim.”
Məşqçinin operativ yardımı nəticəsində K.Malarçuk sağ qalıb və idman karyerasını davam etdirib.
Malarçuk, 2008-ci ildə odlu silahdan başına bilməyərəkdən atəş açsa da, yenə sağ qalıb.
+ +1 -

Şərh Yaz