Dünyanın ən yaxşı yolları bu ölkələrdədir - SİYAHI

"Qlobal rəqabətqabiliyyətlilik 2017-2018” indeksinin versiyasına əsasən dünya ölkələrinin yollar üzrə siyahısı tərtib olunub.

Dünyanın ən yaxşı yolları bu ölkələrdədir - SİYAHI
dünyanın 137 ölkəsinin daxil olduğu siyahıda yolların keyfiyyəti 7 ballıq şkala ilə qiymətləndirilib. Bununla yanaşı, ölkələrdən heç biri ən yüksək balı toplaya bilməyib.

Dünyanın ən pis yolları cəmi 2 bal yığa bilən Mavritaniyada qeydə alınıb. Onun ardınca hər biri 2,1 bal toplayan Konqo Demokratik Respublikası və Haiti gəlir. Madaqaskar və Qvineya hər birinə 2,2 balla dördüncü və beşinci yerləri bölüşür. Sıyahıda növbəti yerlərin sahibi Yəmənə 2,3 bal, Paraqvay və Ukraynanın hər birinə 2,4 bal, Mozambik və Moldovanın hər birinə isə 2,5 bal verilib.

Birləşmiş Ərəb Əmirlikləri (6,4 bal), Sinqapur, İsveçrə (hər biri 6,3 bal), Honkonq (6,2 bal), Niderland, Yaponiya (hər biri 6,1 bal), Fransa, Portuqaliya və Avstriya (hər biri 6 bal), həmçinin ABŞ (5,7 bal) ən yaxşı yolları olan ölkələr kimi reytinqin ilk sıralarında qərarlaşır.

Azərbaycan bütün postsovet ölkələrini qabaqlayaraq siyahıda 36-cı yeri tutur. Yaxın qonşularımız olan Türkiyə 30-cu, İran 71-ci, Gürcüstan 82-ci, Ermənistan 85-ci, Rusiya 114-cü yerdədir.

+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz