Sayt.Biz


» » Milli Ordumuzun ilk generallarından biri Əliağa Şıxlinski

Milli Ordumuzun ilk generallarından biri Əliağa Şıxlinski

Milli Ordumuzun ilk generallarından biri Əliağa Şıxlinski

Milli Ordumuzun ilk generallarından biri Əliağa Şıxlinski 12 yaşında ikən rusdilli şagirdlərin 2 ilə keçdiyi kursu 7 aya bitirib; İri cüssəli olmasına baxmayaraq, alt dodağı hündürlüyündə çəkilmiş ipin üzərindən tramplinsiz tullanırmış; At yarışlarında hansı atın qalib gələcəyini 90%-lik ehtimalla bildiyi halda, heç vaxt bu oyuna pul yatırmazdı; Rus-Yapon müharibəsi zamanı 2 topla düşmənin 18 topuna qarşı müqavimət göstərərək, öz mövqeyindən geri çəkilmədi; Birinci dünya müharibəsində Rusiya paytaxtı Petroqradın (indiki Sankt-Peterburq) müdafiəsi şəxsən ona həvalə olundu; Hərbi Akademiyanı oxumadan, Çar Rusiyası ordusunda ali rütbəli zabit heyətinə daxil olmuşdu; İmperator məiyyətinə daxil olmaq barədə israrlı təklifləri heç vaxt qəbul etmədi; Topçuluğa dair şəxsən işləyib, hazırladığı "Şıxlinski üçbucağı" qaydası bu gün də dünya artilleriyasının köməyinə gəlir. 1920-ci il aprel ayının 27-də imperiya ordusu Azərbaycanı işğal edəndə Səməd bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Əli ağa Şıxlinski icra edirdi. Vuruşmağın mümkünsüz olduğunu nəzərə alan Şıxlinski minalanmış körpülərin partladılmasına icazə vermədi. Onu Nargin adasında güllələnməkdən Nəriman Nərimanov xilas edib.
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: