Loxness əjdahası haqqında məlumat

Loxness əjdahası haqqında məlumat

Loxness əjdahası (ing. Loch Ness Monster)

Uzun boğazı, balaca başı və böyük bədəni olan və dinozavra bənzəyən naməlum heyvanı yerli əhali Loxness əjdahası adlandırır.
Bu mifik varlıq öz adını Şotlandiyada yerləşən Lox-Ness gölündən götürüb. Gölün orta dərinliyi təxminən 130 metr, maksimal dərinliyi isə 230 metrdir. Suyu bulanıq olduğundan onu tədqiq etmək çox çətindir.

Loxness əjdahası barədə ilk dəfə qədim romalılar məlumat verib. Yerli kelt əfsanələri onu müxtəlif formalarda təsvir edir. Bəzi əsatirlərə görə Loxness əjdahası su ayğırına, digərlərinə görə isə böyük qurbağaya bənzəyir. Lakin onların hamısını bir cəhət birləşdirir – bədheybət uzun boğaza və kiçik başa malikdir.

Əjdahanın varlığına dair sübutların böyük əksəriyyəti yetərincə inandırıcı görünmür. Buna görə də, onun mövcudluğu barədə mübahisələr indiyə qədər səngimir.


İnstagram səyfəmizi Moda Şəkil Təqib et
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz