Məsləhətlər

Məsləhətlər

Maraqlı məsləhət

1. Ucuz maşın işlət, amma ala biləcəyin ən gözəl
evi al.
2. Adam kimi 3 lətifə öyrən.
3. Sevinclərini gecikdirmə.
4. Həyat yoldaşını diqqətli seç, çünki xoşbəxtliyin
90%-ni bu seçim müəyyən edir.
5. Hər gün 30 dəqiqə yürüş et.
6. Hər yeməkdən öncə şükr et.
7. Bir dostuna sirrini açmadan öncə 2 dəfə düşün.
8. Maaş qəbzini verən insanları əsla mühakimə
etmə.
9. İtirəcək heç bir şeyi olmayan insanlardan qorx.
10. Elə yaşa ki, uşaqların "ədalət" sözünü
eşitdikdə ilk səni xatırlasın.
11. Gözünün qarşısında yalnız yaxşı şeyləri saxla.
12. Özünü və başqalarını bağışlamağı bacar.
13. Dininə aid kitabı tam mənası ilə oxuyub
anlamaq üçün özünə 1 il zaman ver.
14. İlk yardım qaydalarını öyrən.
15. Biri səni qucaqladığında ilk buraxan sən olma.
16. Hər gün 6 stəkan su iç.
17. Səni sevən insanları qoru.
18. Çətin belə olsa ailənlə tətil etmək üçün
zaman ayır. Çünki tətil xatirələri həyatının ən
dəyərli xatirələrindən olacaq.
19. Səhayətə çıxsan, cibində sənə aid sağlıq
bilgilərini, ev adresini və telefon nömrəni qeyd
etdiyin kağız saxla.
20. Uğurları mənəvi rahatlığın, sağlamlığın yerində
olduğu və sevildiyin bir zamanda dəyərləndir.
21. Yaxşı bir evliliyin 2 əsas şərti olduğunu
unutma: Doğru insanı tapmaq və doğru insan
olmaq.
22.Valideynlərini, həyat yoldaşını və uşaqlarını
danlamaq istədiyin zaman dilini dişlə.
23. Sevimsiz olmayacaq şəkildə ayrı fikirdə
olmağı öyrən.
24. Cəsarətli ol. Geridə qalan həyatına baxdığın
zaman etdiklərin üçün yox, etmədiklərin üçün
üzüləcəksən.
25. Çox mükəmməl hesab etdiyin fikrin kim nə
deyirsə desin, arxasında dur.
26. Kefsiz olduqda bunu çox üzə vurma.
27. Evlilik həyatını mənalı etmək üçün hər gün bir
şey et.
28. Necə bir duyğu olduğunu öyrənmək üçün 24
saat heç kəsi və heç nəyi mühakimə etmə.
29. Yaxşılıqla deyilmiş bir sözü və yaxşı əməlləri
dəyərləndir.
30. Uşaqların haqqında başqasına yaxşı sözlər
söylərkən, imkan yarat onlar səni eşitsin.
31. Güc sahib olduğun maddiyyatla əlaqəli deyil,
bunu unutma.
32. Biri ilə tanış olarkən, əlini uzat və adını de,
amma bil ki, o, bunu tezliklə unudacaq.
33. Qələm və qeydiyyat dəftərini hər zaman
yanında saxla.
34. Zaman və kəlimələrini boş yerə xərcləmə, ikisi
də çox dəyərlidir.
35. Media ilə danışarkən, son sözü onların
dediyini unutma.
36. İnsanlarla pulun haqqında danışma.
37. Bir şeyi əldə etmək üçün çox zaman sərf
etmisənsə, dadını çıxarmaq üçün zaman ayır.
38. Kiminsə qəhrəmanı ol.
39. Nəyi və kimi dəstəklədiyini insanlara söylə.
40. Sadəcə sevdiyin üçün evlən.
>>>>>>> Məsləhətçi: http://sayt.biz Heyyəti
0
Şərh əlavə et

Şərh Yaz