Tarixdə bu Gün 28 Avqust

1521 — Belqrad Osmanlı ordusu tərəfindən işğal olundu.
1833 — Britaniya Parlamenti Britaniya İmperiyasının əksər ərazilərində quldarlığı ləğv edən qanun qəbul etdi.
1919 — Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qanun qəbul etdi.
1963 — Vaşinqtona yürüş zamanı Martin Lüter Kinq özünün məşhur "I Have A Dream" (Mənim bir arzum var) nitqini söylədi.
1988 — Almaniyanın Ramştayn hərbi hava bazasındakı aviaşou zamanı 3 təyyarənin havada toqquşub tamaşaçıların üzərinə düşməsi nəticəsində 70 nəfər həlak oldu, 346 nəfər yaralandı.
1991 — Ukrayna SSRİ-nin tərkibindən çıxdığını elan etdi.
2003 — Londonun elektrik sistemindəki qəza nəticəsində 500 min nəfər şəhər sakini yarım saat, bəzi yerlərdə 2 saatadək işıqsız qaldı.
ŞƏRHLƏR(0)
SİZİ CƏLB EDƏ BİLƏR

Rəşid Behbudov Haqqinda məlumat
Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Lenin,

Azərbaycanın Dili haqqinda
Azərbaycan dili İran İslam Respublikasında yaşayan 20 milyonluq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa

Azərbaycan Əhəmənilər imperiyasının tərkibində
Azərbaycan Əhəmənilər imperiyasının tərkibində – türk madaylar fars Əhəmənilər sülaləsi tərəfindən devirildikdən sonra Midiya dövlətinə tabe olan