Aysel Teymurzadə haqqında


Aysel Teymurzadə
Müğənn
Ad,SoyadAysel Teymurzadə
Yaş25 apr 1989 (31 Yaş )
Doğulduğu yerBakı
VəzifəMüğənni
Yenilənmə tarixi 11-09-2018

Aysel Teymurzadə 25 aprel1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlı müğənnidir. Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir və 207 xalla 3-cü yeri tutmuşdur.
Aysel Teymurzadə 25 aprel 1989-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. 9 yaşında incəsənət məktəbinə daxil olmuşdur, 12 yaşında məktəbin həndbol komandasına üzv qəbul olmuşdur. İdmanla ciddi məşğul olan Aysel xanım eyni zamanda xarici dilləri öyrənməyə başlamışdır. Aysel xanım alman, ingilis, ispan, rus və türk dillərində danışa bilir. 14 yaşında xoreoqrafiya ilə məşğul olmağa başlamışdır. 2001-2005-ci illərdə Aysel xanım fortepiano dərsləri almışdır. 2004-cü ildə Amerika Birləşmiş Ştatlarının Texas ştatında "High School"-a daxil olmuşdur. 2004-2005-ci illərdə Aysel xanım burada təhsil almışdır. Bu müddət ərzində Amerika Birləşmiş Ştatlarında gənclərin musiqi müsabiqəsində iştirak etmişdir və hətta qızıl medal qazanmışdır. 2006-cı ildə vətənə qayıtmışdır və Bakıda "İntellekt" Liseyini bitirmişdir.
Aysel Teymurzadə vətənə qayıtdıqdan sonra "Yeni Ulduz 4" layihəsində iştirak etmişdir və geniş tamaşaçı kütləsinə tanınmışdır.
2012-ci ildə ailə həyatı qurduqdan sonra müğənni fəaliyyətini bitirmişdir.
Aysel Teymurzadə 2009-cu ildə 54-cü Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün bu ölkənin Milli Seçimlərinə qatılmışdır. İctimai Televiziyasının daxili seçimlərinin nəticəsində Aysel Teymurzadənin Araş ilə Azərbaycanı Moskvada keçirilən 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil etməsi qərara alınmışdır. Aysel və Araş "Always" mahnısı ilə Azərbaycanı təmsil etmişdir.
Aysel Teymurzadə və Araş Rusiyanın paytaxı Moskva şəhərində keçirilən 2009 Avroviziya Mahnı Müsabiqəsində 2-ci yarım-finalda iştirak etmişdir. Aysel və Araş 180 xalla 19 ölkə arasında 2-ci yeri tutmuşdur və finala adlamışdır. 16 may tarixində isə keçirilən finalda Aysel və Araş 42 ölkədən 207 xal almışdır və 54-cü Avroviziya Mahnı Müsabiqəsində 3-cü yeri tutmuşdur. Müsabiqə zamanı Rusiya Federasiyasının Baş naziri Vladimir Putin Aysel Teymurzadə və Araş ilə görüşmüşdür.
Aysel Teymurzadənin atası Məhəmməd Teymurzadə ixtisasca jurnalistdir. Atası uzun illər Azərbaycan Dillər Universitetində fəlsəfə kafedrasının müdiri olmuşdur. Anası Svetlana Teymurzadə isə elmlər doktoru və Bakı Slavyan Universitetinin müəlliməsidir.
Aysel Teymurzadə pianoçu Murad Adıgözəlzadə ilə ailə həyatı qurmuşdur. 16 dekabr 2012-ci ildə Aysel xanımın oğlu, 7 sentyabr 2014-cü ildə isə qızı anadan olmuşdur.
0
Şərh əlavə et

Şərh Yaz