TƏLİM ÜSULLARI




Kurikulumda müəyyənləşdirirlmiş standartlara uyğun bilik və bacarıqların formalaşdırılması üçün ənənəvi təlim metodları ilə yanaşı aşağıdakı interaktiv üsulların istifadəsi tövsiyə olunur:
 • BEYİN HƏMLƏSİ (əqli hücum),
 •AKVARİUM
 •AUKSİON
ZİQZAQ
MÜHAZİRƏ
 •KARUSEL
 •KLASTER (şaxələndirmə)
 •SUALLAR
 •ROLLU OYUN
ANLAYIŞIN ÇIXARILMASI
MÜZAKİRƏ
QƏRARLAR AĞACI
 •SÖZ ASSOSİASİYALARI
PROBLEMLİ VƏZİYYƏT
 •VENN DİAQRAMI
 •SORĞU VƏRƏQLƏRİ VƏ MÜSAHİBƏ
 •KONSEPTUAL CƏDVƏL
 •DƏYİRMİ MASA

.

______________ BEYİN HƏMLƏSİ _______________

Bu üsul əqli hücum da adlandırılır. Şagirdlərdə yeni mövzuya maraq oyatmaq, habelə onların nəyi yaxşı (və ya pis) bildiklərini aydınlaşdırmaq məqsədilə bu üsuldan istifadə olunur. Hazırlanmış
sual lövhədə yazılır, yaxud şifahi şəkildə şagirdlərin diqqətinə çatdırılır. Şagirdlər suallara əsasən fikirlərini bildirirlər.Bütün ideyalar şərhsiz və müzakirəsiz yazıya alınır. Yalnız bundan sonra söylənilmiş ideyaların müzakirəsi, şərhi və təsnifatı başlayır. Aparıcı ideyalar yekunlaşdırılır,
şagirdlər söylənmiş fikirləri təhlil edir, qiymətləndirir.


_________________ AKVARİUM ___________________
Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır.15-20 dəqiqədən sonra diskussiya dayandırılır, “xarici dairənin” iştirakçıları diskussiyanın gedişini qiymətləndirir və qruplar yerini dəyişərək bu və ya digər problemin müzakirəsini davam etdirirlər.
“Akvarium”un keçirilməsinin 2-ci variantı:
“Daxili dairənin” iştirakçıları müəllimin təklif etdiyi problemi müzakirə edir və birinci variantdan fərqli olaraq iştirakçılar bu zaman yalnız problemin “lehinə” olan dəlilləri söyləyirlər.
Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər,dəlilləri dinləyir, yazıya alır, təhlil edir, öz əks dəlillərini hazırlayırlar.15-20 dəqiqədən sonra diskussiya dayandırılır, xarici və daxili dairədən olan şagirdlər öz yerlərini dəyişirlər. Onlar əvvəlki iştirakçıların dəlillərini təkzib etmək üçün diskussiya aparırlar.
Burada qrupların vahid fikrə gəlməsi önəmli deyil.

________________ AUKSİON ________________

Müəllim öyrənilən məsələni müəyyən edərək şagirdləri auksionun keçirilmə qaydaları haqqında təlimatlandırır. Öyrənilən əşya və ya hadısənin xüsusiyyətləri ardıcıl şəkildə adlandırılır.
Hamı növbə ilə əşya və ya hadisə haqqında fikir söyləyir: hər bir fikirdən sonra müəllim sayır. “Bir, iki”. Bu zaman başqa iştirakçı tez təklif verə bilər. Sonuncu təklif verən qalib sayılır .Fikirlər birbirini təkrarlamamalıdır. Bunun üçün hamı bir-birini dinləyir.
Nümunə:
Riyaziyyat dərsində müəllim 7 ədədinin tərkibini keçərkən sinfə “7 ədədini necə aldınız? “ sualını verməklə auksion keçirir.
Müəllim üçün məlumat
Mümkün olan cavablar:
1)6+1=7 2)4+3=7 3)2+5=7 4)5+2=7 5)3+4=7 6)1+6=7 7)1+1+1+1+1+1+1=7
Oyunda axırıncı mümkün cavabı verən şagird “Auksion”u qazanır.


_______________ ZİQZAQ _______________
Bu üsul mətnin məzmununun qısa müddət ərzində şagirdlər tərəfindən mənimsənilməsinə imkan yaradır.
• Şagirdlər dörd nəfərlik qruplara bölünür (əsas qrup). Qruplardakı şagirdlər yenidən nömrələnir. Hər qrupdakı eyni rəqəmli şagirdlərdən yeni qrup (ekspert qrupu) yaradılır.
• Öyrəniləcək mətn qrupların sayı qədər hissələrə bölünür və ekspert qruplarına verilir.
• Ekspert qrupları onlara verilən hissəni oxumalı və məzmununu qavramalı və öz əvvəlki qrupuna qayıdaraq öyrəndiyi hissəni onlara danışmalıdır.
• Müəllim informasiyanın dəqiq verildiyinə əmin olmaq üçün suallar verə bilər.

______________ MÜHAZİRƏ ________________

Mühazirə məlumatın müəllimdən şagirdə ötürülmə üsuludur. Bu üsuldan mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması məqsədilə istifadə etmək məqsədəuyğundur. Belə qısa mühazirələr 10-15 dəqiqə ərzində aparılır.
Mühazirə ilə bağlı aşağıdakı məsələlərə nəzər yetirmək məqsədə müvafiqdir:
• Mühazirənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmək,
• Plan tərtib etmək və onu şagirdlərə paylamaq (və ya lövhədə yazmaq).
• Əyani və texniki vasitələrdən istifadə etmək.
• Müəllim mühazirə prosesini verbal (suallar vermək) və vizual (şagirdlərin sifətlərinin ifadəsini və jestlərini müşahidə etmək) tənzimləməlidir.


_______________ KARUSEL _______________
Dərsdən əvvəl iri ağ kağızlarda (vatman) mövzuya aid suallar yazılır. Müəllim qruplara müxtəlif sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur və bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməkliyi ilə qruplara ötürülür. “Karusel” kimi kağızlar bütün digər qruplardan keçərək axırda öz qrupuna qayıdır. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif cavabları müzakirə edir.

_____________ KLASTER (şaxələndirmə) _____________

Müəllim tərəfndən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun mərkəzində yazılmış anlayış ilə bağlı söz və ya ifadələr söyləmək şagirdlərə tapşırılır. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz onunla əlaqəli sözlər xətlərlə birləşdirilir. Vaxt bitənə qədər mümkün qədər çox fikir yazmaq və onları əlaqələndirmək tövsiyə olunur.Vaxt bitəndən sonra alınan klaster müzakirə edilir və ümumiləşdirmə aparılır.


______________ SUALLAR _______________
Suallar dərs prosesində tədqiqatların səmərəli qurulmasını stimullaşdırır. Şagirdlərin idrak fəallığının artırılmasında böyük rol oynayır.
Sualların sayının 4-5 arasında olması məqsədəuyğundur. Sualların qoyuluşu tənqidi təfəkkürün inkişafına doğru yönəldilməli, məntiqi ardıcıllıq gözlənilməli, məzmunlu və mövzu ilə bilavasitə əlaqəli olmalıdır.

______ BİBÖ – Bilirəm/İstəyirəm bilim/Öyrəndim _______

BİBÖ aşağıdakı mərhələlər üzrə aparılır:
• Problem müəllim tərəfindən elan edilir.
• Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: – Bilirəm/İstəyirəm bilim/Öyrəndim
• Şagirdlər problemlə bağlı bildiklərini söyləyir və cavablar birinci sütunda qeyd olunur.
• Həmin məsələ ilə bağlı bilmək istədikləri isə ikinci sütuna yazılır.
• Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı öyrəndikləri üçüncü sütunda qeyd edilir.

______________ ROLLU OYUN ________________

Rollu oyunlar hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən yanaşmağı tələb edir. Bu üsul şagirdlərə hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə başqalarının gözu ilə baxmaq imkanı verir.

__________ ANLAYIŞIN ÇIXARILMASI ___________

Bu üsul oyun- tapmaca formasında keçirilir və şagirdlərdə yüksək fəallıq yaradır.Müəllim lövhədə dairəvi kart asır, onun arxasında şagirdlərdən tələb olunan anlayışı yazır. Kartın yazı olmayan tərəfini şagirdlərə göstərir və gizlədilmiş anlayışların xüsusiyyətlərinə aid 2 və ya 3 yönəldici söz sadalayır və ya yazır. Şagirdlər həmin xüsusiyyətlərə uyğun olaraq gizlədilmiş anlayışı tapırlar. Əgər şagirdlər anlayışı tapmaqda çətinlik çəksələr, müəllim əlavə olaraq yeni xüsusiyyətlər sadalayır.
Şagirdlər öz fərziyyələrini dedikdən sonra müəllim bu tapmacananın tapilib-tapilmamsını hamıya çatdırır və kartoçkalarda yazılan sözləri açıqlayır.


______________ MÜZAKİRƏ ________________
Müzakirə mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin qarşılıqlı mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil edərək həlli yolunu tapmaq, düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır.
Müzakirə dinləmək, təqdim etmək, sual vermək mədəniyyətini formalaşdırır, şagirdlərin məntiqi və tənqidi təfəkkürünü, şıfahi nitqini inkişaf etdirir.
Müzakirə apararkən əvvəlcədən şagirdlərə müzakirə qaydaları xatırladılır. Mövzu aydın şəkildə ifadə olunur. Müzakirə prosesini inkişaf etdirən suallar vermək və şagirdlərin cavablarını nəzərdən
keçirməklə müəllim müzakirəni tənzimləyir. Bu zaman cavabı “Bəli” və ya “xeyr” olan qapalı suallar vermək məqsədəuyğun hesab edilmir.


__________ “ QƏRARLAR AĞACI “ _____________
Bu üsul qərarların qəbul edilməsi zamanı alternativ yolları araşdırmaq və təhlil etmək məqsədi daşıyır.
Müzakirə olunacaq problem müəllim tərəfindən izah edilir və onun həlli yollarının bir neçə variantı şagirdlərlə birlikdə müəyyənləşdirilir. 4-6 nəfərdən ibarət qruplarda şagirdlər problemin həlli yollarının üstünlüklərini və çatışmazlıqlarını təhlil edir, onları “+”, və ya “-” işarəsinin qarşısında müvafiq qaydada qeyd edirlər. Son nəticə cədvəlin qərar hissəsində yazılır və üstü örtülür. Bütün qrupların təqdimatından sonra müəllim əldə olunmuş nəticələri ümumiləşdirmək üçün müzakirə aparır.


___________ SÖZ ASSOSİASİYALARI ___________
Bu üsuldan istifadə edilərkən öyrəniləcək mövzuya aid əsas söz (və ya söz birləşməsi) lövhəyə yazılır. Şagirdlər həmin söz ilə bağlı ilk xatırladıqları fikirləri söyləyir və həmin fikirlər müəllim tərəfindən lövhəyə yazılır.Mövzu ilə bağlı olan sözlər deyilən fikirlərin arasından seçilir və əlaqələndirilir, onlardan anlayış və yaxud ideya çıxarılır.Bu anlayış əsasında yeni materialın öyrənilməsinə başlanır. Bu üsul həm də şifahi formada tətbiq edilə bilər.

________ PROBLEMLİ VƏZİYYƏT __________

Bu üsul tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə vərdişlərini inkişaf etdirir.
Müəllim əvvəlcədən problemi və müzakirə üçün sualları hazırlayır.
Şagirdlər 4-5 nəfərlik qruplara bölünür. Problemli vəziyyət əks olunmuş iş vərəqləri uşaqlara paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və həlli yolunu göstərir.
Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə aparılır.

________VENN DİAQRAMI_____

Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur.
Venn diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə aparılır.
–Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir
–Kəsişən dairələr çəkilir (ortada yazmaq üçün yer saxlanır)
–I və III dairədə müqayisə olunacaq obyektlər qeyd olunur
–Şagirdlər təlimatlandırılır (təlimatda nəyin müqayisə olunacağı və dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə danışılır).
–Müqayisə olunan obyektlər təsvir edilir: (fərqli cəhətlər sağ və sol tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur).
–Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir.


________ LAYİHƏLƏRİN HAZIRLANMASI ________
• Layihələrin hazırlanması müxtəlıf mövzuların müstəqil şəkildə tədqiq edilməsidir. Şagirdlər öz layihələrini təqdim etməzdən əvvəl uzun müddət onun üzərində işləyirlər. Layihələr şagirdlərin tədqiqat vərdişlərinin, biliklərə müstəqil yiyələnmə bacarıqlarının formalaşmasında mühüm rol oynayır, onlara müstəqil şəkildə öz fəaliyyət proqramlarını qurmağa, habelə öz vaxtını və işini qrafik üzrə planlaşdırmağa kömək edir.Bu üsul həmçinin şagirdlərin bir-biri ilə, eləcə də məktəbdən kənarda müxtəlif adamlarla qarşılıqlı əlaqəsi üçün şərait yaradır, hadisələrin hər hansı bir aspektini daha dərindən anlamağa imkan verir, əlavə ədəbiyyatdan istifadə etməyə istiqamətləndirir.
• Layihələr hazırlayarkən müəllim mövzu və ya problemi müəyyən edir və sinfə bunlardan birini seşmək imkanı verir. Problem həmçinin sinif tərəfindən “əqli hücum ” üsulu ilə seçilə bilər.
• Problem konkret olmalıdır. Müəllim və şagirdlər birlikdə layihə üzərində işin başlama və başa çatma müddətini, istifadə olunacaq əyani vasitələri (ədəbiyyatlar, mənbələr, təsviri vasitələr və s.) bunları əldə etmək yollarını, iş formalarını (fərdi yoxsa, qrup şəklində) müəyyən edirlər.
• İş prosesində müəllim suallara cavab verə və ya yol göstərə bilər. İşin icrasına isə şagirdlər özü cavabdehdir.
• Tədqiqatın nəticəsi hesabat, xəritə, illüstrasiya, fotoşəkillər cədvəllər, qrafiklər, formasında ifadə oluna bilər.

_____ SORĞU VƏRƏQLƏRİ VƏ MÜSAHİBƏ ______

Bu üsullar araşdırılan məsələ ilə bağlı fakt və hadisələr haqqında müəyyən qrupların ictimai rəyini öyrənmək məqsədilə aparılır.
• Sorğu vərəqi araşdırılan məsələ ilə bağlı tərtib edilir və burada suallar qoyulur. Sorğuda iştirak edənlər bu vərəqi müstəqil doldurur.
• Müsahibə isə araşdırılan məsələ ilə bağlı məlumat almaq üçün aparılır.
• Bu üsullardan istifadə edərkən aşağıdakı mərhələlərin gözlənilməsi məqsədəmüvafiq hesab edilir:
• Problemi müəyyən etmək
• İşi təşkil etmək (Sorğu və ya müsahibə keçirmək üçün suallar hazırlamaq)
• Məlumatları toplamaq ( Sualların cavablarını toplamaq).
• Əldə edilmiş məlumatları təhlil etmək və ümumiləşdirmək
Dəyirmi masa
Müəllim  bütün sinif şagirdlərini (və yaxud da sinfi iki böyük qrupa bölərək) dairəvi masa arxasında əyləşdirərək onlara  sual yazılmış bir kağız verir. Dairəvi masa arxasında əyləşən bütün şagirdlərri sualı oxuyur və bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməkliyi ilə stol ətrafında bütün iştirakçılara ötürülür. Dairəvi formada kağızlar  bütün digər şagirdlərdən  keçərək axırda ən birinci şagirdə  qayıdır.
Müəllimin sinif qarşısında qoyduğu problem bütün şagirdlər tərəfindən müzakirə edilir və sonda təqdimat edilərək fikirlər ümumiləşdirilir. Bu üsuldan müəllim fəal dərsin tətqiqatın aparılması, yaradıcı tətbiqetmə və nəticələrin çıxarılması və ümumiləşdirmə mərhələsində reallaşdıra bilər.



     _______ KONSEPTUAL CƏDVƏL__________
Bu üsul üç və ya daha çox obyekt , yaxud cəhətin müqayisəsi nəzərdə tutulan zaman səmərəli sayılır. Cədvəli düzəltmək üçün vərəqin sol tərəfində, şaqulu qrafada müqayisə ediləcək obyektlər, üfeqi qrafalarda isə onların müqayisə olunacaq xüsusiyyətləri göstərilir. Konseptual cədvəldən ədəbiyyat dərslərində sürətləri, müxtəlif peşələri müqayisə edərkən istifadə etmək olar. Aşağıdakı cədvəl buna nümunədir.


Zəruri hazırlıq
İşin stabilliyi
Əmək haqqı
Mənəvi razılıq
Müəllim
Musiqiçi
Fəhlə
Pedoqoji məktəb
Universitet
Təhsil ixtisaslaşma üçün praktika
Uzun çəkməyən
Yüksək aşağıdır
Orta dəyişikliklər
ixtisaslar
Orta
Qeyri müəyyəndir
ortadır
Nisbətən yaxşı
Çox yaxşı
Lap çox

Bu cədvəldən yazı işləri üçün hazırlıq mərhələsində intidai sinifdə və dil-ədəbiyyat dərslərində də istifadə etmək olar.

    ______DƏYİRMİ MASA______

Müəllim  bütün sinif şagirdlərini (və yaxud da sinfi iki böyük qrupa bölərək) dairəvi masa arxasında əyləşdirərək onlara  sual yazılmış bir kağız verir. Dairəvi masa arxasında əyləşən bütün şagirdlərri sualı oxuyur və bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməkliyi ilə stol ətrafında bütün iştirakçılara ötürülür. Dairəvi formada kağızlar  bütün digər şagirdlərdən  keçərək axırda ən birinci şagirdə  qayıdır.
Müəllimin sinif qarşısında qoyduğu problem bütün şagirdlər tərəfindən müzakirə edilir və sonda təqdimat edilərək fikirlər ümumiləşdirilir. Bu üsuldan müəllim fəal dərsin tətqiqatın aparılması, yaradıcı tətbiqetmə və nəticələrin çıxarılması və ümumiləşdirmə mərhələsində reallaşdıra bilər.

Mənbə :Malik Aranlı
               Leyla Bayramova


REKLAM:
İnstagram səyfəmizi Moda Şəkil Təqib et
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz