Bu qidaları əsla mikrodalğalı sobada isitməyin - SİYAHI Bu qidaları əsla mikrodalğalı sobada isitməyin - SİYAHI

İstifadəsi olduqca rahat olan mikrodalğalı soba bir çox qidaların keyfiyyətini aşağı salır.
Sayt.biz Milli.Az-a istinadən xəbər mikrodalğalı sobada isidilməsi tövsiyə olunmayan qidaların siyahısını təqdim edir.
Üzüm
Bir üzüm giləsini belə mikrodalğalı sobaya qoyanda o kiçik cismə gedən enerji və elektrik miqdarı kifayət qədər yüksək olacaq. Bu vəziyyət partlayışla nəticələnə bilər.
Qabıqlı yumurta
Mikrodalğalı sobada yumurta bişirə bilərsiniz. Amma qabıqlı yumurtanı əsla mikrodalğalı sobaya qoymayın. Çünki sürətlə isinəcək və partlayacaq.
Qabıqlı kartof
Kartof da mikrodalğalı sobaya qabıqla qoyularsa, partlayacaq. Çünki yumurtada olduğu kimi, kartofun da daxilindəki buxar xaricə çıxmalıdır. Qabıq soymağa vaxt sərf etmək istəmirsinizsə, bıçaqla üzərinə bir neçə cızıq ata bilərsiniz.
Ət
Bir çox insan ətin buzunu tez açmaq üçün mikrodalğalı sobaya qoyur. Bunu etmək bəzi bakteriyaların yaranmasının qarşısını alsa da, ətin B12 vitamin kompleksini məhv edir. Bir gün əvvəl bişmiş əti mikrodalğalı sobaya qoymaqla onun protein miqdarını azaltmış olacaqsınız.
Düyü
Yüksək istiliyə məruz qalan düyü qida dəyərini itirir.
Brokkoli
Mikrodalğalı sobada isidilən brokkoli tərkibindəki antioksidantların 97-ni itirir. Dadı və toxumaları da dəyişir.
Kərə yağı
Bir çox insan kərə yağını əritmək üçün mikrodalğalı sobaya qoyur. Lakin bu metod qidanın dəyərinin itirilməsinə gətirib çıxarır.
Sarımsaq
Sarımsaq yüksək temperaturda isidiləndə vitamin və mineral miqdarının 95%-ni itirir. Mikrodalğalı sobanın içində keçirilən hər dəqiqə sarımsaqdakı allisin tərkibini yox edir. Bu təbii maddə isə sarımsağa antioksidant və acılıq xüsusiyyəti verir.
Süd
Süd də digər qidalar kimi yüksək temperatura məruz qaldıqda qida dəyərinin çoxunu itirir. Süd məhsulları da buraya daxildir. B12 vitamini ölür və əsas mineral dəyərləri yox olur.
Göbələk
Göbələk mövsuzunda hələ də araşdırmalar davam etməkdədir. Lakin göbələyin yükəsk temperaturda proteinini itirdiyi elmə məlumdur.
Plastik saxlama qabı və polietilen torbalar
Bəzi saxlama qabları mikrodalğalı sobaya uyğun istehsal edilir. Lakin adi plastik qabları mikrodalğalı sobaya qoyanda tərkibindəki kimyəvi maddələr yeməyə qarışar. Bu da təhlükəlidir.

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz