Burunda olan tükləri kəsmək olmaz-Professordan TÖVSİYƏ


Burunda olan tüklər koronavirusa yoluxma ehtimalını azaldır, saqqal və bığlar isə virusdan qorunmaq üçün taxılan maskaların effektivliyini aşağı salır.
Sayt.biz e-tibb.az-a istinadən bildirir ki, bunu Türkiyədən olan alim, yoluxucu xəstəliklər və kliniki mikrobiologiya üzrə mütəxəssis, professor Receb Tekin açıqlayıb. Mütəxəssis bildirib ki, koronavirusla mübarizə davam etdiyi bir məqamda vətəndaşların diqqət yetirməli olduğu məsələlər gündən-günə artır. COVİD-19-dan qorunmaq üçün maska taxmaq, məsafə saxlamaqla yanaşı, şəxsi qulluq, gigiyena qaydalarına əməl etmək də mühümdür.
Professor qeyd edib ki, burunda olan tüklər koronavirusun tənəffüs sisteminə, boğaza daxil olmasını yavaşladır, bu səbəbdən həmin bölgədəki tükləri təmizləmək düzgün deyil: "Orqanizm yoluxucu xəstəliklərə qarşı müxtəlif müdafiə mexanizmlərinə sahibdir. Bunlardan biri də burunla nəfəs almaqdır, bu zaman burun tükləri bir filtr rolunu oynayır. Burundakı tüklər virus və bakteriyaları tutaraq filtr rolunu oynayır -tüklərə ilişən virusun boğaza keçməsi, xəstəlik yaratma ehtimalı azalır. Buradakı tükləri tamamilə təmziləyəndə isə bu filtrin funksiyası itir".
Onun sözlərinə görə, saqqal və bığ, onların uzun olması maskanın qoruyucu funksiyasını itirir. Maska funksiyasını itirdiyindən insanın virusa yoluxması asanlaşır. Ona görə də saqqal və bığlarını kəsməyənlər üzlərini tez-tez sabunlu su ilə yumalı, maskalarını davamlı olaraq dəyişdirməlidirlər.

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz