Sayt.Biz


» » 12 apreldə gözlənilən hava şəraiti

12 apreldə gözlənilən hava şəraiti



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Aprelin 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 13-17, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Aprelin 12-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Aprelin 12-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 13-də atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq yarada bilər.

Xəbərdarlıq

Qeyri-sabit hava şəraiti aprelin 12-si gündüzədək davam edəcək.
Yazdı: Admin
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat olub saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: