Lunatizm nədir

Biz sosial mediada:
TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

loading...


Lunatizm nədir?

Lunatizm insanın yuxu vəziyyətində durub ətraf mühitdə gəzməsidir. Bu hal 4-8 yaş arasında uşaqlarda çox yayılıb. Bu bir xəstəlik deyil. İnsanlarda necəki yuxuyagetmə problemi olur, bu insanlarda da yuxudan oyanma problemi olur. Narahatçılığın əlamətləri aşağıdakılardır.

• Bu adamların gözləri tam olaraq açıq və baxışları sabit olur;

• Üzdə hər hansı bir ifadə olmur;

• Adama verilən suallara cavab vermirlər, ya da məntiqsiz cavablar verirlər;

• Ətrafda olan əşya və insanlara qarşı diqqətsiz olurlar;

• Yuxuda olurlar, amma oyaq kimi görünürlər;

• Ətrafda dolaşır və hər hansı bir işlə məşğul olurlar;

• Oyandırıldıqları zaman başı bulanıq olur;

• Yuxudan oyandıqda yuxuda olanları xatırlamırlar. Yuxuda gəzən insanları yuxudan güclə oyandırdıqda bu onları əsəbləşdirir. Dərin yuxu halında olan adamları sarsaraq deyil, müəyyən fasilələrlə adını deməklə oyandırmaq lazımdır. Davamlı təqib eləməniz onları narahat edir. Arxasında məsafəni gözləməklə zəif səslə adını demək kifayətdir. Bir müddət sonra adam özü yuxudan oyanib,özünə gələcək.

Şərh Yaz