Geyimlərin Tarixi

TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

Ayaqqabılar: İlk melum olan ayaqqabı növü sendeller olmuşdur. Deliller gösterir ki, baxmayaraq ki, insanların ekseriyyeti ayaqyalın gezirdi, sendellerden hetta en ilkin sivilizasiyalarda da istifade olunurdu. Bele ferz olunur ki, Mesopotamiyada dağa dırmaşanlar teqriben e.e. 1600-cü illerde ilk mokasen tipli ayaqqabılar geyinirmişler. Bu yumşaq ayaqqabının hazırlanmasında ayağı örtmek üçün deri ve birleşdirmek üçün xam gön iplerden istifade olunurdu. Stilet dabanların ilk nümunesi Qedim Misirde e.e. 1000-ci illerin qebirlerinde tapılmışdır.




Paltolar: paltolar qedimden beri kişiler ve qadınlar üçün geniş yayılmış geyim idi. Tarix boyu ölçü, reng, forma ve materialına göre ferqlenib. İlkin paltolar qısa qol hazırlanmışdır ve ancaq yüksek zümrenin adamlarına mexsus geyim sayılırdı. Makintoş paltonun ixtirası yağışlı havada yüksek qiymetlendirilirdi, çünki Makintoş 19-cu esrin ortalarında yaradılmış geniş, sukeçirmez paltodur. Bu paltolar vaxtile dünyanın en debdebeli paltoları hesab olunurdu. 1823-cü ilde Çarlz Makintoş sukeçirmez, rezin parçanı patentleşdirdi. Derziler bu materialın çetin tikilmesini nezere alaraq ondan gündelik işde istifade etmekden imtina etdiklerine göre 1840-cı ilde Çarlz Makintoş özünün fabrikini yaratmış ve burada ilk suyadavamlı geyimler hazırlamışdır. Paltarlar üçün suyadavamlılıq metodları 1970-ci illeredek inkişaf etdirilmemişdir.



Şalvarlar: Bizim indiki kimi tanıdığımız şalvarlar 19-cu esrde yaranmışdır. Lakin melumdur ki, Qedim İranda qadınlar artıq şalvar geyinirdi. Avropada orta esrlerin evvellerinde kişiler tunika geyinirdiler, lakin metal yaraq-silahlar bu geyimi qeyri-praktik edirdiler. Belelikle, corablar, daha sonra ise briciler kişiler arasında getdikce meşhurlaşdı. Briciler dizin aşağısında berkidilen ve altında corab geyinilen şalvar idi. Teqriben 1820-cu illerde brici baldırı örten şalvarla evez olundu ve pantalon adlanmağa başladı. 1830-cu illerden sonra şalvar topuqlarda daha geniş ve daha uzun oldu ve o zamandan beri kişiler üçün esas geyim növü olmuşdur.

Şərh Yaz