Kişi qadın işlərini görsə nə olar?

Kişi qadın işlərini görsə nə olar?

Azərbaycanın tanınmış məşqçisi Xəqani Səlimov maraqlı bir layihəyə imza atıb.

Sayt.Biz xəbər verir ki, o, Beynəlxalq Qadınlar Bayramı ilə əlaqədar fotosessiya etdirib.

Məşqçi bir neçə saatlıq xanımların evdə gördüyü işləri həyata keçirməyə çalışıb:

“Kişilər,qadınların dəyərini bilin! Onların gördükləri işləri kiçiltməyin! Qadın olmaq çox çətin bir şeydir.Hərdən biz kişilər xanımların gördüyü işləri ciddiyə almırıq.Ancaq mən bir günlük təcrübəmdə bunun nə qədər çətin bir şey olduğunu gördüm.İstər uşaq baxmaq olsun,istər yemək bişirmək ,qab yumaq və s.
Hər biri ayrı-ayrılıqda çox böyük səbr tələb edən əziyyətli və ağır işlərdir. Əminəm ki, bunları kişilər çox çətinliklə görə bilər. Bunun üçün də qadınların dəyərini bilmək lazımdır”.

Qeyd edək ki, fotoları Həmid Həmidli lentə alıb.


İnstagram səyfəmizi Moda Şəkil Təqib et
+ +1 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz