» » Bir işin dəlisi olmaq

Bir işin dəlisi olmaq


Bir bəstəkar bir əsər üzərində işləməyə başlamışdı. Demək olar ki, bütün vaxtını bu əsərə həsr edirdi. Hara getsə, harada olsa, bu əsər haqqında düşünürdü. Hətta gecə yuxusunda da bu əsəri görürdü. 

Bir gün yolu keçəndə çox fikirli olduğu üçün onu maşın vurdu. Bəstəkar huşsuz halda yerə yıxıldı. Sürücü də bunu fürsət bilib qaçdı. 

Bəstəkar xəstəxanada gözlərini açanda polislər ondan: 

-Sizi vuran maşının nömrəsini görə bildiniz?-deyə soruşdu. 

-Yox görə bilmədim, -deyə bəstəkarcavab verdi. 

-Bəs markasını necə, görə bildiniz? 
Bəstəkar yenə də: 

-Yox görə bilmədim, -deyə cavab verdi. 

Təəssüf ki, bəstəkar onu vuran maşın haqqında heç bir şey bilmirdi.Artıq polislər də nə edəcəklərini bilmirdilər. Nəhayət, ümidsiz bir şəkildə: - Nə olar, bir az düşünün. Bəlkə bir şey xatırladınız, - deyə soruşdular. 
Bəstəkar bir az düşündükdən sonra: 

- Xatırladım! Xatırladım! - deyə cavab verdi. 

Polislər tez kağız-qələmə əl atdılar. 
Və bəstəkar: 

- Səsboğanından belə bir səs çıxırdı: 
"Do, mi, fa"...
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: