İnsan yorulanda nə etməlidir?

Bir çoxlarımızın müasir dövürdə problemi və tez-tez təkrarladığı sözlər "yorğunam,çox yorulmuşam" və.s bu kimi sözlər. İlk növbədə onu qeyd etmək lazımdırki bunu deyən insanlar mənə görə iki kateqoriyaya bölünür.Birinci özünü yorğun kimi göstərənlər, ikinci həqiqətən yorulanlar.
Birinci dediyim insanlar həmişə nəyəsə bəhanə axtardıqları kimi buna da bəhanə prinsipi ilə yanaşacaqlar amma halbuki özlərini aldadırlar. Nəsə yeni bir işə başlamaq lazımdısa və ya nəsə eləmək lazımdısa şablon sözlərdən istifadə edərək dincələcəklər və özlərini o işlərdən kənar tutacaqlar. Hər nə qədər iş rahat da olsa bəhanə var. Yəni bu insanların öz içlərindən bu sual əmələ gəlməlidiki "mən yorğunluğumu necə çıxarımki işlərimə və ya yeni işlərə start verim?" Əgər siz də birinci kateqoriyaya aidsinisə ikinci kateqoriya haqqında yazacaqlarımı heç oxumayın.
İkinci kateqoriya isə həqiqətən yorulanlar amma işlərinə dəvam etmək istəyənlərdi,yeniliklərə can atıb irəli getmək istəyən insanlardı. İlk növbədə onu deyimki bunu həqiqətən istəyən adam özü də bunun yolun tapacaq. Mənə görə əgər yorğunsansa xoşbəxt olduğun anları yada salmalısan. Bu ailənlə keçirdiyin vaxt,dostlarla deyib güldüyün vaxt,uşaqlarınla ya da sevdiyin bir insanla keçirdiyin gözəl anlardı. Bunları yadınıza salanda istər-istəməz içinizdə qəribə bir sevinc və əlavə güc yaranacaq ki işlərə başlayasız.Necə deyərlər gülmək ömrü uzadır eyni zamanda insana əlavə stimul verir. Və ya başqa bir yanaşma: Həyatda məqsədlərinizə çatmaq üçün yenidən dəvam etməlisiz işinizə. Bir söz var daim o sözü ağlımda təkrar edərəm "indi yatsan arzunu yuxunda görəcəksən amma yatmasan arzunu gərçəkləşdirəcəksən" Bu kimi alışqanlıqlar edərək özünüzdə daim nəyəsə dəvam etmək hissini sabit saxlaycaqsız hətta artıracaqsız....

REKLAM:
İnstagram səyfəmizi Moda Şəkil Təqib et
+ 0 -

Şərhlər 1

Offline
Admin 30 aprel 2019 01:53
Əla məqalədir
--------------------
Beydı

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz