Xaçmazın Palıdlı kənd sakinlərinin Prezidentə müraciəti


Möhtərəm cənab Prezident.

Xaçmaz rayon Palıdlı kənd sakinləri olaraq Sizi dərin hörmət və ehtiramla salamlayır, Vətənimiz Azərbaycanın bütün sahələrdə inkişafı, çiçəklənməsi, qüdrətinin və beynəlxalq nüfuzunun artırılması, əhalinin bütün təbəqələrinin rifahının daha da yaxşılaşdırılması istiqamətində apardığınız ardıcıl, məqsədyönlü və şərəfli işinizdə Sizə yeni-yeni nailiyyətlər arzulayırıq.
    Cənab Prezident biz Xaçmaz rayon Palıdlı kənd sakinləri bir vətəndaş kimi  statusumuzun müəyyənləşməsinə köməklik göstərməyinizi xahiş edirik. Beləki Sizin uğurlu siyasətiniz nəticəsinda keçmiş Sovetlər Birliyi dövründə 1954-cü ildə Dağıstan MSSR-a müvəqqəti icarəyə verilmiş və müqavilə müddəti 2004-cü ildə bitmiş Azərbaycan Respublikası ərazisi olan keçmiş adı ilə Xraxoba hazırkı adı ilə Palıdlı olan kəndi 03 sentyabr 2010-cu ildə Azərbaycan respublikasına qaytarılmışdır. Ərazilərin delimitasiyası dövrü 2012 ci ildə tam yekunlaşdıqdan sonra Sizin 27 dekabr 2012-ci il tarixli Sərəncamınızla yaradılmış Dövlət Sərhədlərinin Demarkasiyası üzrə komissiya Azərbaycan vətəndaşları olan əhalinin yenidən məskunlaşması məqsədilə çalışmalara başlamışdır və bu məqsədlə kənddə 26 yeni ev tikilmişdir. Kəndə köçüb gəlmiş əhalinin bir qismi işsizlik və digər səbəblərdən kəndi tərk etmişdir. Hazırda kənddə 19 ailə məskunlaşdırılmışdır. Lakin hazırkı vaxta qədər bu kənddə məskunlaşmış əhalinin heç bir qeydiyyatı, torpaq mülkiyyəti və iş imkanı olmadığından kənddə vəziyyət çox pisdir. Beləki kəndin 270 hektar ərazisində heç bir kənd sakininin mülkiyyəti yoxdur və hər hansı bir fəaliyyətlə məşqul olmasına icazə verilmir. Sadəcə 6 nəfər kənd sakini minimum əmək haqqı müqabilində kənddə olan geniş fındıq bağlarında fəhlə işləmək imkanı tapmışdır. Keçən 7 ildə Kənddə olan 100 hektardan artıq fındıq bağlarından və  taxıl zəmilərindən yığılan məhsulun heç bir hissəsindən burdakı əhaliyə pay verilməməkdədir. Biz bir Azərbaycan vətəndaşı kimi sizin humanist siyasətinizdən biz qeydiyyatsız, mülkiyyətsiz və işsiz əhalinin də yararlanmasına və Azərbaycan Respublimasının digər kəndləri kimi bizimdə torpaq , ev mülkiyyəti və qeydiyyat sahibi olmağımıza köməklik göstərməyinizi xahiş edirik.

Zati-alilərinizə dərin hörmət və ehtiramla,
Palıdlı kənd sakinləri:


REKLAM:
İnstagram səyfəmizi Moda Şəkil Təqib et
+ +2 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz