Azərbaycan Xalq Artisti, Bəstəkar, Professor, AMK-nın Rektoru Siyavuş Kərimi-nin 65 İllik Yubileyinə Həsr Edilmiş Konsertdən

 
ℹ 🇦🇿 Azərbaycan Xalq Artisti, Bəstəkar, Professor, AMK-nın Rektoru Siyavuş Kərimi-nin 65 İllik Yubileyinə Həsr Edilmiş Konsertdən 🎼 Dünya şöhrətli Norveçli dirijor, SKRUK xorunun yaradıcısı və bədii rəhbəri, " Prots " ləqəbi ilə tanınan Per Oddvar Hildre Azərbaycan Milli Konservatoriyasında həftəlik proqramla keçirdiyi ustad dərslərini Konsertdə Təqdim etdi 😇

ℹ 🇬🇧 From the concert which is dedicated to the 65th Anniversary of Azerbaijani People's Artist, Composer, Professor, Rector of NCA(National Conservatory of Azerbaijan) Siyavush Kerimi.Performance by the Choir of NCA(National Conservatory of Azerbaijan) with Norwegian choir conductor Per Hildre from 1 week's masterclasses.

🇦🇿 Siyavuş Kərimi 1954-cü il noyabrın 9-da Bakıda dünyaya gəlib.1961-69-cu illərdə Bakıda 159 sayılı tam orta məktəbdə təhsil alıb. 1969-72-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfini bitirib, ustad musiqiçi Əhsən Dadaşovun tələbəsi olub. 1972-77-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1979-cu ildən başlayaraq Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçilərdən biri, "Azkonsert", "Aşıqlar" qrupunun, "Cəngi" estrada-folklor ansamblının, Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrinin üzvü, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər vəzifələrində çalışıb. Bu illərdə birgə çalışdığı Xalq Artisti Rafiq Babayevlə yaxın dost olub və onun musiqisindən təsirlənib. S.Kərimi çağdaş musiqi tariximizin beynəlxalq miqyaslı bir çox layihələrinin müəllifi kimi tanınır. 1997-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri onun rəhbərliyi altında uğurla gerçəkləşib. S.Kərimi "Sarı gəlin", "Sonuncu döyüş", "Əlvida, cənub şəhəri", "Girov" və s. geniş ekranlı bədii, 9 seriyalı "Heydər Əliyev" televiziya filmlərinin, 2 animasiya filminin və 10 teatr tamaşasının musiqi müəllifidir. 2003-cü ildə Akedemik Milli Dram Teatrının səhnəsində qoyulan "Hamlet" tamaşasına yazdığı musiqiyə görə "Qızıl Dərviş" mükafatına layiq görülüb. S.Kərimi "Saz məktəbi" dərsliyinin həmmüəllifi, iki cilddən ibarət "Azərbaycan xalq mahnıları" məcmuəsinin tərtibçisidir.Siyavuş Kərimi 2014-cü ildə musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

🇬🇧  Siyavush Karimi was born on November 9, 1954 in Baku. In 1969-72, he graduated from the tar class at the Bulbul Secondary School of Music and became a student of the master musician Ahsan Dadashov. In 1972-77 he continued his studies at the Azerbaijan State Conservatory named after U. Hajibeyli. Since 1979, he has been a soloist at the Rashid Behbudov State Theater of Music, member of the Azk Concert, Ashglar, Jangi Pop and Symphony Orchestra of Azerbaijan Television and Radio. Worked as an artistic director at the Rafig Babayev Music Studio. He has been a close friend of the People's Artist Rafig Babayev, who has been working together for years and was influenced by his music. S.Karimi is known as the author of many international projects of contemporary music history. In 1997, Azerbaijan-Norway, and in 2002 Azerbaijan-South American music projects were successfully implemented under his leadership. S.Karimi "Yellow Bride", "The Last Battle", "Farewell, Southern City", "Bail" and others. He is the author of large-screen, 9-series television films "Heydar Aliyev", 2 animated films and 10 theatrical performances. In 2003 he was awarded the Golden Dervish for his music for the Hamlet performance, which was performed on the stage of the Academy of National Drama Theater in 2003. S. Kerimi is the co-author of the textbook "The School of Music", the composer of the two-volume "Azerbaijan Folk Songs" collection.


 #siyavushkarimi #PerOddvarHildre #65il #mauriciovicencio #altiplano #protshildre #skruk #musica #worldmusic #tordgustavsen #skrukchoir #istanbul #bosphorus #concert #music #musicislife #friendship #photos #siyavushkerimi #kerimi  #pogovorim #interview #bestekar #baki #azerbaycan #unudulmazsesler #millikonservatoriya #national #conservatory #baku #azerbaijan #turkey #medeniyyetkanali #medeniyyettvofficial #aztv  #millimusiqi #medeniyyettv #medeniyyetkanal 
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz