Sayt.Biz


» » Bu Mərziyədir Tanıdığım ən güclü qadınlardan biri

Bu Mərziyədir Tanıdığım ən güclü qadınlardan biri


“Bu, Mərziyədir. Tanıdığım ən güclü qadınlardan biri. Bu fotonu bir müddət əvvəl çəkmişəm və icazəsini aldıqdan sonra bu gün paylaşıram. 

Mərziyə altı il qabaq İsfahanda maşın sürərkən motosikletdə olan iki nəfər onun maşınına yaxınlaşır və onlardan biri Mərziyənin üzünə turşu (“kislota”) atır və uzaqlaşırlar. 

Küçə kameralarla təchiz olunmuş olsa da, polis onları heç vaxt tapa bilmir. Həmin ildə İsfahanda bir neçə oxşar hadisələr də baş verib və cinayətkarlar heç vaxt tapılmayıb. Bütün bu hadisələrdə zərərçəkən qadınlar örtülü geyim (hicab) geyinməyən qadınlar idi. 

Əksər İranlılar düşünür ki, bu cür hadisələr daha sərbəst geyim geyinmək istəyən qadınları qorxutmaq, cəsarətdən salmaq üçün dövlət tərəfindən edilir. Dövlət isə bu iddiaları təkzib edir. 

Bu gün Mərziyə bu hadisələrdən hamının xəbərdar olmasını və turşu satışlarının qadağan olunmasını istəyir. Həmin hadisəni xatırlayanda, o ağlamağa başladı və bütün məsələni mənə danışmaq istədi. Sonra yenidən gülümsədi. Bu, özündə bütün bunlarla vuruşmaq üçün güc və cəsarət tapan güclü bir qadının bir də bu kimi şeylər baş verməyəcək deyə yaranan gülüşü idi. 

Əziz Mərziyə, mənim bu layihəni hazırlamaq səbəbim sənsən. Mənə gözəlliyin ən saf halını göstərdiyin üçün çox sağol.”

Mənbə: The Atlas of Beauty
Tərcümə: Yadigar Səfərov

Yazdı: Admin
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat olub saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: