Xəyalə Heybətzadənin yeni maraqlı kitabı "Ölülər dəlixanası”

VİP YAZI!
Biz sosial mediada:
TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

Saytımız xəbər verir ki, gənc yazar Xəyalə Heybətzadənin yeni maraqlı kitabı çap olunub. - "Ölülər dəlixanası” adlı kitab haqqında yazarın saytımıza verdiyi qısa məlumatı nəzərinizə çatdırırıq:


  • Bir insan çox yaxşıdırsa, ya safdır ya da çox hiyləgərdir. Mükəmməl insan yoxdur. Hamıda iblisdən və mələkdən bir parça gizlənir. Kimi özündə bunu əsla üzə çıxara bilmədən həyatını itirir, kimi isə hər iki ruhu bir cisimdə gizlədib səssiz və mükəmməl formada ətrafdakıları idarə edir. Hökmran olmaq üçün taxt-tac önəmli deyil. Tanrı görünməyəndir. Amma hiss olunan və qüdrət sahibidir. Təəssüflər olsun ki, insan özünü olduğundan yüksəkdə, hətta Tanrı zirvəsində görür. Bu onun məhvoluşuna səbəb olsa belə, əsla beyninin qüsurlu olduğunu qəbul etmir.

Şərh Yaz