CV-lərin işsizliyə təsiri

Biz sosial mediada:
TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA


UĞURLU CV NECƏ HAZIRLANMALIDIR ?

Sizin arzuladığınız peşə onlarla insanın arzusu istəyidir. Bu səbəbdən cv-niz 2 səhifədən uzun olmamasına qısa və aydın yazılmasına diqqət etmək lazımdır.Unutmayaqki gün ərzində onlarca cv oxunduğu üçün sizin cv-ə sadəcə 2 dəqiqə ayrılacaq . İlk əvvəl maraqlandığınız sahə vəzifəni vurğulamağınız sizi digər iş axdaranlardan fərqləndirən xüsusiyyətlərdən biri olacaq ,çünki məqsədini açıqlayan insanlar azdır beləliklə cv-niz azda olsa diqqət çəkəcək .Daha sonra yazınızı kiçik yazmamağa diqqət yetirməlisiniz , sizədə aydındırki kiçik yazılar sıxıcı və çətindir . Əgər cv- nizdə qrammatik səhvlər varsa bu səliqəsizlik kimi qəbul edilir ki, səliqəsiz və qrammatik sərfləri olan insanlarla heçkim işləmək istəməz. Əlaqə üçün email ilə gəldikdə isə ciddi və şəxsi yazmağınız sizində ciddi qarşılanmanıza səbəb olar . Cv-də iş təcrürəbənizidə qeyd etməyiniz çox önəmlidir.Bu işə qəbul olmanızda faydalı olacaq.Lakin iş təcrübəniz çoxdursa işlədiyiniz 3 yeri yazmağınız və yeni çəkilmiş foto əlavə etməklə sizin cv-ni digər cv-lərdən fərqləndirəcək . Unutmayın uyğun cv seçmək də çox önəmlidir.
Xroloji Ardıcıllığlı CV - Geniş yayılmış sadə cv əks xroloji ardıcıllıqla iş yeri kompanyanın adı vəzifə , ailə və əldə etdiyiniz naliyyətləri göstərdiyinə görə siz daha çox diqqət çəkə bilərsiniz .
Funksional Rezume - Bu cv əsasən peşəkar uğurlara yönəlir və sizin vəzifələrinizi tarixləri göstərmədiyi üçün rahatlıqla təcübəsiz olduğunuzu gizləyə bilərsiz.Lakin bu Xronoloji Ardıcıllıgı cv qədər xoş qarşılanmaz hətda bir qədər narahatçılığa səbəb olur .
Hibrid Rezume - Belə cv növü isə Xronoloji Ardıcıllğı və Funksional Rezumenin üstün tərəfini əhatə edir . Təcrübələrinizi , nəaliyyətlərinizi hətda bacarıqlarınızı ətraflı qeyd edə bilərsiz.Bu cv sizin haqqınızda tam təsəvvür yaranmasına imkan yaradır.
Target CV (hədəflənmiş rezume ) - Bu elə növü müəyyən kompanyanın kankret vəzifəsi üçün hazırlanır Target Cv hibrid Cv – lərə oxşayır , lakin bu cv – də yalnız təcrübə , bacarıq və nəaliyyətlərinizi vurğulamaq lazımdır,beləliklə sizin hansı vəzifəyə uyğun olduğunuza qərar vermək daha asan olacaq .
Müvəqqəti İşçinin Rezumesi – Başqa layihə üzərində işləyənlərə yalnız belə cv – lər uyğundur çünki Xronoloji Ardıcıllığlı cv tərtib olunarsa o zaman qeyri stabil şəxs yəni tez – tez iş yeri dəyişən biri olaraq təsvir olunacaqsınız , buda sizin işə qəbul olmağınıza mane ola bilər . Belə cv- lərdə Funksional cv də olduğu kimi ilk əvvəl bacarıqlarınızı qeyd edib , daha sonra isə lahiyyələrinizi başlama , bitmə tarixləri ilə sadalamağınız lazım gəlir .Unutmayın uğurlu iş həyatı uğurlu və düzgün yazılmış bir cv ilə başlar .

Müəllif: Leyla Ayazqızı

Şərh Yaz