Qırmızı Şərab Souslu Krevet


Ərzaqlar

  • 1 kq jumbo krevet
  • 3 xörək qaşığı zeytun yağı
  • 6 diş sarımsaq (balaca sarımsaq tövsiyə edilir)
  • 1 kq pomidor
  • 1 su stəkanı qırmızı şərab
  • cəfəri, bir çimdik kəklikotu, nanə, qırmızı bibər
  • pivə

Hazırlanması

  1. Krevetləri bütöv olaraq yuyun və təmizləyin.
  2. Sonra pivənin içinə qoyub 30 dəqiqə saxlayın.
  3. Sarımsaqları xırda-xırda dilimləyin.
  4. Pomidorların qabıqlarını soyub kub şəklində doğrayın.
  5. Dərin bir tavaya zeytun yağını qoyun.
  6. Sarımsaqları əlavə edin, 1 dəqiqəyə yaxın qarışdıraraq bişirin sonra pomidorları əlavə edin.
  7. Bir neçə dəqiqə sonra pivədə saxladığınız krevetləri qarışığaəlavə edin.
  8. Üzərinə bir su stəkanı qırmızı şərab əlavəedərək 30 dəqiqə bişirin.
  9. Cəfəri yarpaqları ilə bəzəyib, süfrəyə təqdim edin.
0
Şərh əlavə et

Şərh Yaz