Balıq Katleti


Ərzaqlar

  • 2 ədəd palamut balığı
  • 2 baş soğan
  • 2 dilim bayat çörək
  • 3 ədəd yumurta
  • 1 kiçik dəstə cəfəri
  • 2 qəhvə fincanı zeytun yağı
  • kifayət edəcək qədər duz, qara bibər
  • 1 çay stəkanı un

Hazırlanması

  1. Palamutları təmizləyin.
  2. 1 ədəd soğanı dörd parçaya bölərək bolca suda yaxşıca qaynadın.
  3. Balıqları sudan çıxarıb ətləri pullarından ayırın.
  4. İsladılmış və sıxılmış çörək içi, rəndələnmiş soğan, 1 yumurta, duz, qara bibər və doğranmış cəfərini qataraq yaxşıca yoğurun.
  5. Yoğrulan bu qarışıqdan qoz böyüklüyündə parçalar alıb ovuc içində yumru kotletlər edərək una bulayın.
  6. Qalan iki yumurtanı çırpın.
  7. Una bulanmış katletləri yumurtaya bulayıb qızdırılmış yağda tavanın sapından tutub yelləyərək qızardın.
  8. Yanında soğan, cəfəri əlavə edərək süfrəyə təqdim edin.
0
Şərh əlavə et

Şərh Yaz