Limonlu keks resepti

                                                                  - Anchor kərə yağı 200 qr.⠀⠀

⁣- Un 280 qr.⠀⠀
⁣- Yumurta 4 ədəd.⠀⠀
⁣- Şəkər tozu 200 qr.⠀⠀
⁣- Limon 1 ədəd⠀⠀
⁣- Vanil 1 ç.q.⠀⠀
⁣- Qabartma tozu 1 ç.q.⠀⠀
⁣- Xaş-xaş 3x.q.⠀⠀
⠀⠀
Qlazur üçün:⠀⠀
⁣- Şəkər kirşanı 100 qr.⠀⠀
⁣- Limon şirəsi 2 ç.q.⠀⠀
⠀⠀
Soba 180 dərəcədə isidilir. ⠀⠀
Kərə yağı və şəkər tozu mikserlə çalınır.⠀⠀
⁣ Yumurta əlavə edilir və yenidən mikserlə qarışdırılır.⠀⠀
Rəndələnmiş limon qabığı və vanil yağlı qarışıma əlavə edilərək qarışdırılır.⠀⠀
⁣ Un, duz və qabartma tozu ayrı bir qabda qarışdırılır. Yağlı qarışıma əlavə edərək mikserlə bütün inqredientlər tam həll olana qədər qarışdırılır.⠀⠀
Ən sonda xəmirə 1 ədəd limonun şirəsi sıxılır və xaş-xaş əlavə edərək qarışdırılır.⠀⠀
⁣ Bişirmə qabının kənarları və dibi kərə yağı ilə yağlanır və un səpilir.⠀⠀
Xəmir bişirmə qabına tökülür.⠀⠀
Öncədən isidilmiş sobada 40-45 dəqiqə bişirilir. ⠀⠀
⁣ Bişdikdən sonra keks 10 dəqiqə gözlədilir və bişirmə qabından çıxarılır.
Keks soyuduğu müddətdə qlazur hazırlanır. ⠀⠀
Şəkər kirşanı və limon şirəsi qarışdırılır. ⠀⠀
Keks ilıq ikən qlazur keksin üzərinə əlavə edilir.

Qadın.az

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz