"Almaz kurabiyəsi" (foto-resept)

Tərkibi:
225 q kərə yağı,
Bir stəkan yarım pudra şəkəri ,
2 ədət yumurta sarısı ,
2 şorba qaşığı qaymaq,

2 su stəkanı un ,
1/2 su stəkanı kakao,
1 paket vanilin,
Bir az duz,
Üzəri üçün:
1 su stəkanı şəkər tozu,
120 q bitter şokolat,
1 şorba qaşığı duzsuz kərə yağı,


3 şorba qaşığı bal ,
3 şorba qaşığı qaymaq,
Hazırlanması:
Əvvəlcə xəmir üçün olan dərin bir qabda kərə yağı ilə şəkər pudrasını qataraq mikserlə azca qabarana qədər çırpın.
Yumurta sarılarını əlavə edin və qarışdırın.
Qaymağı qatıb, yavaşça qarışdırmağa davam edin.
Un, kakao,vanilin və duzu ələyərək əlavə edin.
Qatılaşana qədər qarışdırın.
Xəmirdən qozdan bir az kiçik parçalar ayırın və ovcunuzun içində yuvarlayın.


Toz şəkərə bulayıb, yağlanmış fırın sinisinə düzün.
Tam ortalarına baş barmağınızla kiçik oyuqlar açın.
Əvvəlcədən 175 dərəcə qızdırılmış fırında bişirin.
Fırından alın və soyudun.
Oyuqları doldurmaq üçün şokoladı kərə yağı ilə birlikdə “benmari üsulu” əridin.

Ocağın altını qapatdıqdan sonra bal və qaymağı əlavə edib , qarışdırın.
Qarışımı bir sıxma torbasına doldurun.
Soyuyan kurabiyələrin ortasına sıxın və servis edin.
Nuş olsun!

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz