Rəvani resepti

TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

-Kərə yağı 200 qr.⠀⠀⠀⠀

⁣- Yumurta 6 ədəd.⠀⠀⠀⠀
⁣- Şəkər tozu 175 qr.⠀⠀⠀⠀
⁣- Qatıq 1 st.⠀⠀⠀⠀
⁣- Un 110 qr. ⠀⠀⠀⠀
⁣- Yarma 435 qr.⠀⠀⠀⠀
⁣- Vanil 1 ç.q.⠀⠀⠀⠀
⁣- Qabartma tozu 1 ç.q.⠀⠀⠀⠀
⁣- L⁣⁣imon 1 ədəd.⠀⠀⠀⠀
⠀⠀⠀⠀
Şərbəti üçün:⠀⠀⠀⠀⠀
⁣- Şəkər tozu 2 st.⠀⠀⠀⠀
⁣- Su 3 st. ⠀⠀⠀⠀
⁣- Kokos qırıntısı 8 x.q. ⠀⠀⠀⠀
⁣- L⁣imon şirəsi 2 x.q. ⠀⠀⠀⠀
⠀⠀⠀⠀
Şərbəti üçün şəkər tozu, su və kokos qırıntısı bir qazanda qarışdırılır və az atəşdə şəkər tozu həll olana qədər qarışdırılır. Sonrada yüksək atəşdə qaynadılır. Qaynamağa başladıqda limon şirəsi əlavə olunur. 5-10 dəqiqə daha qaynadılır.
Şərbət süzgəcdən süzülür. Kokos qırıntıları Rəvaninin üzərinə səpmək üçün bir qaba alınır.
Kərə yağı əridilir. Yumurta və şəkər tozu mikserlə çırpılır. Qarışımın həcmi 2 dəfə artmalı və rəngi açılmalıdır.
Qatıq və kərə yağı qarışıma əlavə edilir və bir daha mikserlə çırpılır.
⁣ Un, yarma, vanil və qabartma tozu qarışıma əlavə edilir və mikserlə aşağı sürətdə qarışdırılır. ⠀
Son olaraq xəmirə limon qabığı rəndələnir və 3 x.q. limon şirəsi sıxılır.
Soba sinisinin dibi və kənarları kərə yağı ilə yağlanır. Xəmir siniyə tökülür və 200 dərəcədə 45 dəqiqə bişirilir.
Bişdikdən sonra isti-isti taxta çöplə keksin üzərində deşiklər açılır. Soyumuş şərbəti dərhal Rəvaninin üzərinə töküb, şərbəti canına çəkməsi üçün ən azı 3 saat gözlədilir.
Servis etməzdən öncə soyuducuda saxlanılması məsləhət görülür. Süfrəyə təqdim edərkən üzərinə kokos qırıntıları səpilir.

Şərh Yaz