Ərikli yulaf topları resepti

Biz sosial mediada:
TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

loading...

Tərkibi:

15 ədəd quru ərik
6 ədəd xurma
1/2 su st yulaf
2 ç/q darçın
Hazırlanması:
Quru ərikləri və xurmaları bir qabın içinə əlavə edin. Yumşalması üçün üstünə isti su əlavə edin və təxminən 10 dəqiqə gözləyin.
Yumşalan ərikləri və xurmaları sudan çıxarın. Yaxşıca qurulayın.
Xurmaların çəyirdəklərini çıxarın.
Xurma və ərikləri blenderə əlavə edin. Yulafı əlavə edin.
Yulaf və meyvələri blenderdən keçirin.
Qarışımı bir qaba töküb, içinə darçın əlavə edərək qarışdırın.
Bir listə bişirmə kağızı sərin. Qarışıma istədiyiniz formanı verin.
Soyuducuda 3 saat saxlayın.
Nuş olsun!

Şərh Yaz