Evdə hazırlanan lahmacun resepti

Evdə hazırlanan lahmacun resepti

Evdə hazırlanan lahmacun resepti

Tərkibi: - 250 qr un - 1,5 su stəkanı su - 1 çay qaşığı quru maya - 1 çay qaşığı duz İçlik üçün: - 200 gr qıyma - 2 ədəd pomidor - 1 ədəd böyük soğan - 2 ədəd yaşıl bibər - ½ dəstə cəfəri - 4 diş sarımsaq - 1.5 çay qaşığı tomat Hazırlanması: İçliyi hazırlamaq üçün yaşıl bibər, pomidor, soğan, cəfəri və sarımsağı robotda çəkin; hazırladığınız qarışığı və tomatı qıymanın üzərinə əlavə edərək yoğurun. Lahmacun xəmiri üçün unu ələyərək bir qaba tökün. Maya və duz əlavə edərək qarışdırın. İlıq suyun içinə zeytun yağı qoyun. Unun ortasını hovuz şəklində açaraq suyu bu açıqlığa tökün və yoğurun.Yumşaq bir xəmir əldə etdikdən sonra üzərini bağlayıb gözlədin. Xəmiri unlanmış yerə qoyub parçalara bölün. Hər parçanı oxlov ilə çox incə olacaq şəkildə açın. Açdığınız xəmirin üzərinə içliyi bərabər şəkildə basdıraraq yayın. Sobanın qızartma hissəsini ən yüksək istilikdə açın. Tavanı istilədib lahmacunu içinə qoyun. Tavadaki lahmacunun altı yüngül qızarana qədər bişirin və sobanın qızartma hissəsinə qoyun. Kənarları yüngül qızarınca çıxardaraq ikiyə qatlayın. İsti olaraq servise təqdim edin. Nuş olsun!

Facebook-da Sayt.Biz Xəbər Portali Səyfəmizi izləyin
+ 0 -

Şərh Əlavə et

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə