Mətbəx Sirləri

Kartof püresi hazırlayarken südünüz yoxdursa, evezine mineral qazlı su elave etmek olar, bu zaman püre yüngül olur.

- Mayonezi xamaya 1 ç.q. xardal ve yumurta sarısı elave etmekle evez etmek olar.

- Mayanın evezine 0,5 stekan pive ve ya mineral su elave etmek olar.

- Süd yanmasın deye, onu qazın üzerine qoymazdan evvel içine 1 parça qend atmaq lazımdır. Bele südü uzun müddet saxlamaq mümkündür.

- Limonun suyunun daha çox olması üçün 5 deq. qaynar suda saxlamaq lazımdır.

- Eti bişirerken yaxşı bulyon almaq üçün soyuq suya, etin özünün dadlı olması üçün isti suya salıb qaynatmaq meslehetdir.

- Et vam odda bişerse, bulyonu şeffaf olar.

- Eger kotletin yumşaq olmasını isteyirsinizse, çöreyi südde isladıb, sıxmadan ete qatmaq lazımdır.

- Kotletin etine narın doğranmış göy soğan qatdıqda daha da dadlı olur.



- Gec bişen toyuğu 20-30 deq. bişirdikden sonra 5-6 deq. soyuq suya salıb, yeniden bişirdikde tez hazır olur.

- Duxovkada bişirilen eti herden soyuq su ile isladıb, üstüne limon şiresi çekdikde et daha dadlı olur.

- Yarpaq dolmasının üstüne kef yığılmasın deye, onu 5-10 deq. ocağa susuz qoyur, sonra qaynar suya 1 x.q. yağ qatıb dolmanın üstüne tökürler.

- Un ve düyü saxlanan qaba temizlenmiş sarımsaq dişleri qoyduqda qurd emele gelmir.

- Düyü qarnir ve ya plov üçün bişirildikde suyuna bir qeder ayran suyu ve ya limon duzu qatılsa, daha yaxşı şişir ve qar kimi ağ rengde olur.

- Kartofu tez bişirmek isteseniz, su qaynayarken bir qaşıq marqarin elave edin.

- Teravetini itirmiş göyertini 2-3 qaşıq sirke tökülmüş suya qoyduqda yeniden tezelener.

- Kartofu dilimledikden sonra üzerine azca un sepdikde, kartof qızardıqda daha xoşagelen qırmızı reng alar.
+ 0 -

Şərh Yaz