Sayt.Biz


» » Kişiləri məftun edən qoxular

Kişiləri məftun edən qoxular

Qoxular və ətirlər insanlarda fərqli bir təsir yaradır. Bu təsir elmi yollarla sübut olunmuşdur. İnsan beyni qoxulara fərqli reaksiyalar verməkdədir… Qoxulardan bəziləri qadınlara təsir edərkən, bəzi iylər də kişilərdə cinsi arzuları oyandırlar. Bu qoxular istəməsəniz də hisslərinizi hərəkətə gətirir. Yəni, bu deməkdir ki, təsir etmək istədiyiniz insana qarşı müəyyən qoxuları istifadə edə bilərsiniz. Bu da kişilərin məftun olduğu qoxular : Darçın: Cənubi Hindistan və Şri-Lankaya xas bu ədviyyat kişilərin ağılını başından almaqda ən təsirli qoxular arasında iştirak edir. Darçın cinsi arzunu artırır. Darçınlı ətirlər əsrlərdir kişilərə təsir etmək məqsədiylə istifadə edilir. Vanil: Vanil bir çox qadın ətirində olan bir maddədir. Bu bitki cinsi arzunu oyandıran və kişinin motivlərini hərəkətə keçirən maddələrdəndir.Yedikdə, içildikdə və ya ətir olaraq istifadə edildiyində kişilərə təsir edər. Qədim zamanlarda ereksiya problemi olan kişilərə vanilli içkilər verirlərmiş. Yasəmən : Yasəmən ətri də kişilərdə cinsi istək yaradan başlıca bitkilərdəndir. Qızılgül : Qızılgül eşqi təmsil edir. Qoxusu da kişilərdə cinsi arzuları oyandırır. Çox kəskin iyə malik olduğundan gül qoxusu az istifadə olunduqda daha gözəl effekt yaradır. Lavanda: Lavanda qoxusu evlərimizdə ümumiyyətlə paltarlar üçün istifadə etdiyimiz yumşaldıcılarda vardır. Ancaq lavandanın kişiləri cəzb edən qoxusu çoxlarına məlum deyildir. Kleopatra Yuli Sezarı lavanda qoxusuyla cəzb etmişdir. Yatağın altına qoyulmuş bir dəstə lavanda yeni evlilərin ehtiraslarını oyandıracaqdır.
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: