Hamiləlik zamanı hipotireoz halı müalicə olunmazsa

Hamiləlik zamanı hipotireoz halı müalicə olunmazsa

Hamiləlik zamanı hipotireoz halı müalicə olunmazsa: körpənin bətndaxili inkişafdan qalması, doğulan uşaqda anadangəlmə qüsurların olması, körpənin çəkisinin normadan az olması, erkən doğuşların olması, doğuş zamanı uşaqlıq əzələlərində zəiflik, doğuşdan sonra qanaxmaların olması və.s. kimi ağırlaşmalara gətirib çıxarda bilər”

Sayt.Biz xəbər verir ki, bu sözləri FAQMA Tibb Mərkəzinin əməkdaşı, endokrinoloq Xuraman Rəcəbova deyib. O bildirib ki, hamiləlik zamanı mütləq şəkildə endokrinoloji müayinələrdən keçmək vacibdir:

“Ana olmağa hazırlaşan xanımlarımızın endokrinoloji müayinədən keçməsi məsləhətdir. Xüsusən də qalxanvari vəzi ilə bağlı müayinələr vacibdir. Əgər qalxanvari vəzi ilə bağlı hər hansı bir patologiya varsa və ya müayinə zamanı aşkar olunarsa mütləq endokrinoloji həkimə müraciət olunmalı, ətraflı məlumat əldə edilməlidir. Hamiləlikdəm öncə müayinə zamanı hipotireoz halı (qalxanvari vəzintiroksin hormonunun çatışmazlığı ) aşkar olunarsa , mütləq hormonəvəzedici terapiya təyin olunur. Xanım müalicə alır, hormonlar normaya salınır ki, gələcəkdə hamiləliklə bağlı problemlər yaranmasın. Bəzən öncədən müayinə zamanı xəstədə hormonlar normada olar bilər, amma hamiləlik zamanı tiroksin hormonuna tələbat artdığı üçün hipotireoz halı yarana bilir. Bu da normal haldır. Əgər belə vəziyyət müşahidə müşahidə olunarsa gecikdirmədən müalicə aparılmalıdır. Hormonəvəzedici terapiyanın aparılması həm ana üçün hamiləliyin gedişatına müsbət təsir göstərir, həm də dölün bətndaxili inkişafı üçün vacibdir. Hamiləlik zamanı hipotireoz halı müalicə olunmazsa : körpənin bətndaxili inkişafdan qalması , doğulan uşaqda anadangəlmə qüsürların olması, körpənin çəkisinin normadan az olması, erkən doğuşların olması, doğuş zamanı uşaqlıq əzələlərində zəiflik, doğuşdan sonra qanaxmaların olması və.s. kimi ağırlaşmalara gətirib çıxarda bilər. Zamanında endokrinoloq müayinəsindən keçərək, lazımi müalicələrin aparılması bu cür xoşagəlməz halların qarşısını alır.”
+1
Şərh əlavə et

Şərh Yaz