Qadınlarda göynəmə və axıntının əsas səbəbi - Bakterial Vaqinoz

Biz sosial mediada:
TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

loading...
     
Bakterial vaqinoz (BV) və ya qeyri-spesifik vaqinit, uşaqlıq yolunun mikroflorasının bakteriyalar tərəfindən pozulması nəticəsində yaranır.
Uşaqlıq yolunun xüsusi yaxmasında Gardnerella vaginalis müştərək formada görülür - Lactobacillus, Prevotella və Mobiluncus, Bacteroides, Peptostreptococcus, Fusobacterium, Veillonella anaeroblarla, Eubacteriumla. Micoplazma hominis, Ureaplasma urealyticum, Streptococcus viridana və Atopobium vaginae ilə həmçinin müştərək olur. BV müştərək törədiciləri dəqiq təyin olmadığı halda xəstəlik aylarla və illərlə davam edərək xroniki formaya kecir, bu da müalicəni cətinləşdirir. Diaqnozu qoyanda tək sadə yaxma ilə, xüsusi BV panelindən istifadə edilməlidi.
Simptom və əlamətlər
BV tipik simptomları bunlardır:
- Vaqinal qoxu (əksər hallarda cinsi əlagə zamanı kəskinləşir)
- Vaqinal axıntı (tədricən artması ilə )
- Vulvanın qöynəməsi (az görülə bilər)
- Disuriya və ya dispareuniya (nadir hallarda sidiyə gedən zaman ağrı, göynəmə və əlagə zamanı ağrı)
BV risk faktorlarına aşağıdakılar daxildir:
- Yaxın zamanda istifadə olunan antibiotiklər
- Estrogenin səviyəsinin azalması
- Uşaqlıq daxili vasitənin istifadəsi (spiral)
- Uşaqlıq yolunun yuyulması (duş)
- Seksual aktivlik (bir necə və ya yeni partnyor)
BV əlamətləri:
- Bozumtul, duru və homogen (bir növlü) vaqınal axıntı, uşaqlıq divarına yapışmış olur
- Vaginanın divarlarının ağ ərplə örtülməsi
- Servisitin (uşaqlıq boynundan axıntı, nadirən)
Diaqnoz əhatəli anamnez toplandıqdan və BV paneli araşdırıldıqdan sonra qoyulur.
Hamilə qadınlarda BV diaqnozu qoyulduqda müalicə aparılmalıdı. G vaginalis koloniziyası tapılan asimptomatik qadınlarda BV müalicəsi aparılmasına ehtiyac yoxdur. Mikrofloranı bərpa etmək ücün Lactobacilluslarda istifadə müzakirəlidir. Antibiotiklər əsas müalicə metodudur.
Kesar kəsiyi, histeroektomiya, UDV cıxarılmasından öncə müalicə mütləqdir. Müalicə ağırlıq dərəcəsindən və müştərək bakteriala görə bir-iki kursla bir necə etapla aparılır. Bəzi hallarda təkrarlanan BV olan qadınlarda partnerunda müalicəsi alması şərtdir.
BV olan qadınlara təyinatsiz vaqinal duş etməyi, lubrikantlardan, qiqiyenanı poza bilən vaqinal vasitələrdən, sauna və baseyndən müalicə dövründə istifadəsini dayandırmaq məsləhət görülür.
Cinsi əlagə mülicə dövründə olmamalıdı.
Xroniki və uzanmış BV olduqda digər infeksiyaları da yoxlamaq məsləhətdir (N.gonorhoeae, C.trachomatis, və herpes simplex). 

Şərh Yaz