Çantanızda nələr var?

Biz qadınların o böyük çantalarında nə olduğu həmişə maraqlı olub. Təbii ki, çantanın içindəkilər insandan-insana dəyişə bilər, amma bir qadının çantasında olmasa, olmaz deyilən 11 əşyanı müəyyənləşdirdik.

Yaş salfet
Hər yerdə və hər vəziyyədə həyatımızı qurtaran yaş salfetlər! Hər kəsin çantasında olmalıdır.
Əl kremi
Yayda istidən, qışda da soyuqda quruyan əlləri həm qorumaq, həm də qəşəng iy gəlməsi üçün kiçik əl kremini həmişə çantanızda gəzdirə bilərsiniz.
Saç rezini


Uzun saçlarınız varsa, bu, bəzən sıxıcı ola bilər və saçlarınızı toplamaq istəyə bilərsiniz. Bu səbəblə də saçınızı toplamaq üçün rezin və ya bu işə yarayan digər aksesuarların çantanızda olması faydalı olacaq.
Saqqız və ya nanəli konfet
Gün içində bir çox işin arxasından qaçdıqdan sonra təcili iclas və ya toplantıya girəcəksinizsə, nəfəsinizi təzələməyin ən yaxşı yolu əlinizin altında olmalıdır!


Ayna
Hər bir qadın gün içində necə göründüyü barəsində düşünür və bunu kontrol etmək istəyir. Aynalı şüşələrə və ya mağazadakı vitrinlərdəki əksimizə baxmaq yerinə çantamızdakı mini aynaya baxmaq daha asan olmaz?
Dodaq boyası
Bir qadının çantasında mütləq tapa biləcəyiniz şeylərdən biri də dodaq boyasıdır. Makiyaj edə bilməsəniz belə, bir dodaq boyası da kifayət olur. Yorğun və solğun üzü canlandırır, baxımsızlığınızı gizlədir. Bu səbəblə çantanızda dodaq boyasının olması işinizə yarayacaqdır.
 Ağrıkəsici


Gün içində qarşılaşacağınız baş, əzələ və ya mensturasiya ağrısı kimi vəziyyətlərdə əlinizin altında ağrı kəsici olması çox faydalıdır.
Qadın bezi
Çantada bez olması sizi istənməyən vəziyyətlərdən xilas edəcək! Şəxsiyyət vəsiqəsi Hər kəsin yanında saxlamalı olduğu bir sənəddir.
Tibbi maska
Koronavirusla yaşadığımızı unutmamalıyıq. Ona görə də çantanızda mütləq tibbi maska olmalıdır.

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz