Post and in-post ads
» » Saç problemləri üçün faydalı məsləhətlər

Saç problemləri üçün faydalı məsləhətlər

18-03-2021, 11:20
389
0
Saçların bənzərsiz baxıma ehtiyacı var. Bəzi insanlar kəpək problemindən şikayətlənərkən, bəzilərinin saçlarında isə elektriklənmə ya da qırılma problemləri olur. Hər bir saç probleminin isə fərqli həlli var.
Sayt.biz saç problemlərinin aşağıdakı həll yollarını təqdim edir:

1.Nəm itkisi problemi
Saçlar yayda isti hava və günəşdən, qışda isə soyuq olduğundan nəm itirə bilər. Çox nəm itirməməsi üçün kremlər və yağlardan istifadə etmək vacibdir. Hind qozu yağı saç üçün çox faydalıdır. Nəm itkisinin qarşısını almaq üçün başqa maskalar və kremlərdən də istifadə edə bilərsiniz.

2.Saç tökülməsi problemi
Bu problem fəsil dəyişikliyi zamanı artsa da, hər fəsildə rast gəlinən problemdir. Saçlarınızı sabunla yuyarkən dırnaqlarınızla toxunmadan mütləq başınızı barmaqlarınızın ucu ilə masaj edin. Bu, saç köklərindəki qan dövranını sürətləndirəcək və saç köklərini gücləndirəcək. Əlavə olaraq, bir çay qaşığı rozmarini 20 dəqiqə qaynadıb, suyunu süzüb saçınızı yuyun. Bu su vasitəsilə saçların inkişafını təmin edə bilərsiniz.
3.Kəpək problemi
Kəpək problemi saçdakı nəmin azalması nəticəsində meydana gəlir. Saçınızı nəmləndirərək kəpək problemini aradan qaldıra bilərsiniz. Seçdiyiniz şampun saçlarınızın qurumasına və kəpəklənməsinə səbəb ola biləcəyi üçün onlar seçərkən diqqətli olmaq lazımdır. Saçınızı çox yaxşı yuduğunuzdan əmin olmalısınız. Sonra həftədə bir dəfə zeytun yağı, bal və yumurtadan hazırlayacağınız maskanı tətbiq etməklə saçlarınızı daha çox nəmləndirə və kəpək probleminizi həll edə bilərsiniz.
4.Elektriklənmə problemi
Sintetik materiallar, həmçinin yun və pambıq kimi parçalar saçların daha çox elektriklənməsinə səbəb olur. Bunun qarşısını almaq üçün ipək yaylıqdan istifadə edə bilərsiniz. Papaqlarınızın içinə kiçik ipək parçadan yastıq düzəltsəniz bu zaman saçlarınız elektriklənməyəcək.
5.Saç qırılması problemi
Cansız və zəif saçlar qırılmağa daha çox meyilldir. Xüsusilə dəridə quruluq varsa, saç ucları iki yerə bölünür. Saçlarınız qırılırsa, mütləq bundan xilas olmalısınız. Buna görə də saçlarınızın uclarını arqan yağı ilə nəmləndirməyiniz məsləhət görülür. Quru saçlar elastikliyini itirdikləri üçün daha tez qırılır.
SİZİ CƏLB EDƏ BİLƏR
Geyim ve Paltar Sekilleri Qadin Paltarlari, Qadin geyimleri
Geyim ve Paltar Sekilleri Qadin Paltarlari, Qadin geyimleri
Paltarlar, Yeni geyimler, Modda olan paltarlar, Paltar sekilleri, Geyimler foto, Maraqli paltarlar, super gozel geyimler, don kotfa, rengareng gozel
Ayliq Bürclər Oktyabr 2018
Ayliq Bürclər Oktyabr 2018
Ayliq 10.2018 üçün ayliq burcler, Oktyabr ayi 2018 ci il ucun ayliq burcler, ay ərzinde burcler neler vəd edir? ay ərzində siz nələr gözləyir?
Qum xəstəliyi və onların müalicəsi
Qum xəstəliyi və onların müalicəsi
Saqqız dişə uyğun deyil. Qum xəstəliyi və onların müalicəsi
2018 də Bürclər
2018 də Bürclər
Yeni bir il başladarkən, bu dəfə də ümidləri deyil, tədbirlər ilə maraqlanırıq. 2008-ci ildən bəri davam edən travmatik və şok edici açıqlıqlar
© Sayt.biz 2014 - 2022 - bütün hüquqlar qorunur...