Ətirdən İstifadə

TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

Seçilen etir qoxusunun insanın xarakteri ile elaqesi vardır. Romantik insanlar yüngül qoxulu etirleri seçerken, hereketli heyat terzi olanlar daha ağır sayıla bilecek etirleri seçir. Etir seçdikden sonra da çox beyendiyimiz bu qoxunu her kesin hiss etmesini ve özümüzü daha rahat ifade etmeyi düşünürük.

Etir seçerken nece qoxu seçirsinizse seçin, ancaq istifade ederken bir az diqqetli olun. Çox zaman yeqin ki, tünd etir qoxusuyla qarşılaşmısınız. Etir vuran şexsden soruşsanız, deyecek ki, onun etrinin çox gözel qoxusu vardır. Amma bunu başqalarından soruşduğunuz zaman bele çox vurulmuş qoxudan narahat olduqlarını söyleyecekler. Demek, etir istifade etmeyin de ölçüsü var.

Etirden istifadenin ilk şerti, derinin bütün qoxulardan temizlenmiş, yeni temiz olmasıdır. Etrinizin daha qalıcı olmasını isteyirsinizse, duşdan sonra sürtün; mesamelerin açıq olması derinin qoxunu daha yaxşı emmesini temin edir.



Deri tipi de etirin qalıcılığıyla yaxından elaqedardır. Yağlı derilerde etirler daha çox qalır. Deriniz qurudursa, daha çox etir sürtmeniz lazımdır.

Derinin turşu nisbeti de etirin qalıcılığına tesir edir:

- Turşulu derilerde edviyyatlı qoxular daha qalıcıdır.

- Turşu nisbeti az olan derilerde (hessas ve quru) ise çiçek qoxuları daha yaxşı qalır.

İsti günlerde daha yüngül etirlerden istifade edin.



Seher, günorta, axşam eyni şekilde etir sıxmaq lazımdırmı?

Qeti suretde xeyr! Etir sıxdığınız anda etrafınızda texminen 3 metr diametrinde bir qoxu çevresi meydana getirirsiniz. Buna göre de olduğunuz mühit ve günün hisselerini nezere alaraq etir konsentrasiyalarından istifade etmeyiniz lazımdır.

Gündüz:

Seherin erken saatında avtobusda, metroda ve ya iş yerinde insanları narahat etmek lazım deyil. İnsanların sıx olduğu yerlerde, neqliyyat vasitelerinde etir qoxusu xoş olmayan neticeler yarada biler; meselen, miqreni terpede biler, ürekbulanmaya, başgicellenmeye sebeb ola biler. Yaxşı olar ki, seherler meyve qoxulu etirleri seçesiniz.



Günortadan sonra:

Günortadan sonra istifade edilen etirler her yere çata bilen, heyatın şirinliyini eks etdiren etirler olmalıdır. Çiçek ve ya meyve qoxulu etirler kimi yaxşı yayılan, amma ağır olmayan qoxular seçin. İki ayrı etirden istifade edirsinizse, günortadan sonra daha vurğulu olanını seçin.

Gece:

Etirden istifade edileceyi tek zamandır: ya indi, ya heç bir zaman! Etir saatlar boyunca bedende qalır. Qoxular içinde gece istifadeye en uyğun olanlar gece paltarları ile uyğunlaşma temin eden, sirli ve ağır parçalarla uyğun olan etirlerdir.

Şərh Yaz