Xərçəngin qarşısını alır

Xərçəngin qarşısını alır

Mütəxəssislər “Spirulina” adlı yosunun xərçəngin qarşısını aldığını açıqlayıb.

Sayt.Biz xəbər verir ki, “Spirulina” dünyada 3.5 milyard tarixi olan yosun növüdür. Min illər əvvəl Asteklərin pəhriz menyusunda xüsusi yer tutan “Spirulina” yüksək protein, beta-karoten, dəmir, C, E və kompleks B vitamini ilə zəngindir. 3-5 qram istifadə etməklə gündəlik dəmir, beta-karoten, vitamin B 12 və kompleks B qrupu vitaminlərinə olan ehtiyacınızı ödəyir.

“Spirulina”nın faydaları nələrdir?

Aparılan araşdırmalarda “Spirulina”nın qan şəkərini tarazlaşdırdığı məlum olub. Şəkərli diabet xəstələrinin müalicəsinə dəstək olaraq istifadə edilə bilər.

Gündəlik olaraq 10 qram bu qidadan istifadə etməklə xolestrol səviyyəsini aşağı sala bilərsiniz.

Tərkibi beta-karoten və antioksidantla zəngin olduğu üçün xərçəng şişlərinin qarşısını alır. Gündəlik istifadədə yeni hüceyrə meydana gəlməsini dəstəkləyərək, “Malign” adlı xərçəng hüceyrəsinin inkişafını əngəlləyir.

Tərkibindəki yüksək miqdarda “Gamalinoleik” turşusu və omeqa-3-6-9 sayəsində iltihabəleyhinə güclü vasitədir.
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz