Uşaqlıq xərçəngi qorxusu olanlar oxusun! - İfrazat, qoxu... / ƏLAMƏTLƏR

Uşaqlıq xərçəngi qorxusu olanlar oxusun! - İfrazat, qoxu... / ƏLAMƏTLƏR


Son illər qadınlar arasında ginekoloji xəstəliklərin sayı sürətlə artır. Təsadüfi deyil ki, qadınlar arasında xərçəng xəstəlikləri, o cümlədən digər ağır ginekoloji problemlər məhz vaxtlı-vaxtında müayinə olunmamaq nəticəsində yaranır.

"Qadınlar arasında rast gəlinən qorxulu xəstəliklərdən biri uşaqlıq xərçəngidir. Uşaqlıq xərçəngi uşaqlıq daxilində inkişaf edən bədxassəli şişdir".
Bunu Sayt.Biz-a açıqlamasında həkim-onkoloq Rəna Niftəliyeva deyib.

Onun sözlərinə görə, 2 növ uşaqlıq xərçəngi var. Bunlardan ən çox rast gəlinən uşaqlığın endometrium dediyimiz iç qatında inişaf edən endometrial xərçəng, digəri isə uşaqlığın yağ, əzələ toxumasından yaranan uşaqlığın sarkomasıdır.

Endometrial xərçəng qadınlar arasında ən çox rast gəlinən altı bədxassəli törəmələrdən biridir. 2008-ci ildə bütün dünyada 288.000 yeni endometrial xərçəng halı qeydə alınıb. İnkişaf etmiş ölkələrdə endometrial xərçəng rastgəlmə tezliyinə görə dördüncü yeri tutur. Böyük Britaniyada hər il 7.400, Avropa Birliyində isə hər il 88.068 yeni endometrial xərçəng halı qeydə alınır.

Kimlər risk qrupuna daxildir?

Həkim deyib ki, piylənmədən əziyyət çəkənlər, heç vaxt hamilə qalmayan qadınlar, şəkərli diabet, yüksək arterial təzyiq xəstələri, heyvani yağlardan həddindən artıq istifadə edənlər risk daşıyırlar.

Xəstəliyin əlamətləri nələrdir?

Uşaqlıq xərçənginin əsas əlaməti uşaqlıq yolundan gələn qanlı,, sulu-qanlı, qoxulu ifrazat və uşaqlıq qanaxması ola bilər.

"Xəstəliyin ilkin dövründə qarnın altında ağrılar baş verir. Xəstəlik inkişaf etdikcə sidik kisəsi və bağırsaqları sıxaraq onların funksiyasını pozur. Xəstədə narahatlıq, aşağı ətraflarda şişkinlik meydana gəlir".

Uşaqlıq xərçənginin müalicəsindən danışan həkim-onkoloq bildirib ki, ilk növbədə xəstə əməliyyat olunur, daha sonra şüa müalicəsi və kimyaterapiya tətbiq edilir. Xəstəliyin mərhələsindən asılı olaraq həkim onkoloq tərəfindən müalicə sxemi tərtib olunur. Əgər uşaqlıq şişi hüceyrələrdən ibarət olarsa, bu zaman yüksək dozlu hormonoterapiya aparılaraq uşaqlıq xərçəngi hətta, metastaz vermiş xərçəng belə tam sovrula bilir.

Bütün xəstəliklərdə olduğu kimi xərçəngin müalicəsində də erkən diaqnostika əhəmiyyət daşıyır. Əgər siz də bu əlamətlərdən şikayətçisinizsə, mütləq həkimə müraciət edin.
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz