Uzun müddət cavan qalmağın yolları

Uzun müddət cavan qalmağın yolları


Kişini üz qırışları qorxuzmamalıdır. Buna baxmayaraq, çox az insan yaşlı görsənməyi sevir. Cavan görsənmək üçün sağlam olmaq lazımdır! Bunun üçün ekspertlər bir neçə məsləhət verir. 1. Ən başlıcası siqaret çəkməyin! Siqaret qırış yaradan ən birinci səbəblərdəndir. 2. Ürəyinizi möhkəmləndirən məşqləri


Kişini üz qırışları qorxuzmamalıdır. Buna baxmayaraq, çox az insan yaşlı görsənməyi sevir.

Cavan görsənmək üçün sağlam olmaq lazımdır!

Bunun üçün ekspertlər bir neçə məsləhət verir.

1. Ən başlıcası siqaret çəkməyin! Siqaret qırış yaradan ən birinci səbəblərdəndir.

2. Ürəyinizi möhkəmləndirən məşqləri edin ki, ürək bütün lazımi orqanları oksigen və maddələrlə təmin edə bilsin.

3. Massaj və sərt dəsmalla silinmə prosedurlarını etmək lazımdır. Çox isti hamam dərivizi genişləndirir və qurudur.

4. Taxıl məhsullarından rasionunuzda çox istifadə edin. Yulaf, tam buğdalı çörək yeyin. Bu məhsullar mədə-bağırsaq traktına xeyirdi və qan təzyiqinə müsbət təsir edir.

5. Dərinizi nəmləndirin və günəş şualarından qoruyun. Hədsiz günəş şuası, siqaret kimi qırış əmələ gətirir.

6. Orqanizminizə istirahət verin. Hətta bütün gecəni oyaq keçirə bilən yeniyetmələr belə gündə ən azı 6 saat yatmalıdırlar. Çalışın hər gün eyni saatda yatasınız. Cavanlıqda yatmadığınız saatları heç zaman geri qaytara bilməyəcəksiniz.

7. Narkotik və spirtli içkilərdən uzaq olun. Hər sərxoşluq orqanizminizi qocaldır!

8. Steroidlərdən istifadə etməyin. Düzgün bədən quruluşuna bu tip əlavələrsiz və məşqlərlə əldə edə bilərsiz.

9. İdman edin, bədəninizi stressdən çıxardın.

10. Sekslə məşğul olun. Daimi cinsi həyat kişi orqanizmində testosteronu artırır. Testosteron əzələ və sümük sağlamlığına müsbət təsir edir. Seks ürək fəaliyyətini də tarazlaşdırır. İmmuniteti artırır, stressdən azad edilir.

11. Yeməyinizə fikir verin, gündə 2-3 litr təmiz su için.





İnstagram səyfəmizi Moda Şəkil Təqib et
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz