Sayt.Biz


» » Hamiləliyin 10-cu həftəsi

Hamiləliyin 10-cu həftəsi

Hamiləliyin 10-cu həftəsi
Hamiləliyin 10-cu həftəsi


10-cu həftə Ana: Bu həftələrdə də artan hamiləlik hormonları, psixoloji problemləri, hətta depresiyanı yarada bilir. Bədən tempraturunun artması sizdə qızdırmanız varmış kimi hiss yarada bilər. Bu qan dövranının artması ilə bağlıdır. Dar alt paltarları, şalvarlar geyinmək olmaz Pambıq parçadan olan geyimlərə üstünlük verin. Ucu iti olan və dikdaban ayaqqabıları geyinməyin. Onların yerinə düz dabansız, rahat ayaqqabılar alın. Alt paltarınız ağ, pambıq parçadan olmalıdır. Rəngli paltarlar geydikdə belə günlük bezlərdən istifadə edin. Bu həftə sizi narahat edəcək bəzi şikayətlər.; Mədə bulantıları, qusma Halsızlıq, Qəbizlik, Döşlərdəki şişkinlik və həssaslıq, Sidiyə tez-tez getmə, Baş ağrısı, Mədə qıcqırması, Əsəbilik Körpə: Onun uzunluğu 27-35 mm olub, ağırlığı 4 qramdır. Körpə bu həftədən etibarən embrion olaraq deyil , döl deyə adlanacaq. O, sürətlə inkişaf edir. Barmaqları və topuqları artıq inkişaf edib. Göz qapaqları yapışıqdır və 25-27–ci həftəyə qədər bu belə davam edəcək. Qulaq xarici və üst dodaq artıq hiss olunur. İnkişaf edən srətli orqan beyindir. Buna görə başın həcmi böyükdür. Körpənizi yaxından görsəydiniz, bu həftə insana necə çox bənzədiyini müşahidə edəcəksiniz. Həftənin məlumatı: Bu həftə aparılan bəzi müayınələrlə xromosomlarən vəziyyəti öyrənilir. Bu həftələrdə dişlərdə iltihablanma və diş ətlərinin şişməsi müşahidə olunur. Bunun üçün diş həkiminə baş vurun. Tərkibində florid olan diş məcunu ilə gündə ən az 2 dəfə dişlərinizi fırçalayın. İki nəfərlik qidalanma: Sümüklərin inkişafı üçün kalsiumun qəbulu lazımdır. Pendir,süd , qatıq və yaşıl yarpaqlı tərvəzlərdən istifadə edin. Süd və qatıqdan istifadə edərkən az yağlı məhsullara üstünlük verin. Günlük kalsium ehtiyacınız belə ödənilə bilər : 85 qr yağsız pendir,7 dilim ağ çörək , 2 stəkan süd, 170 qr sardinya balığı. Kalsiumla zəngin qidalar: Ağ çörək, az yağlı pendir, yağsız süd, təzə badem. sardınya balığı, yaşıl noxud, brokoli.
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: