Post and in-post ads
» » İnfeksion rinit

İnfeksion rinit

11-04-2021, 09:41
398
0
İnfeksion rinitİnfeksion rinit virus infeksiyaları tərəfindən törənən xəstəlikdir. Xəstəliyin əmələ gəlməsində orqanizmin müxtəlif faktorları rol oynayır. Yaş, fiziki aktivlik, yaşanan şərait, orqanizmin immuniteti, adaptasiyası, keçirdiyi xəstəliklər bu faktorlara daxildir. İnfeksion rinit xəstəliyinə ən çox azyaşlı uşaqlar yoluxurlar. Xəstəlik ən çox epidemiya şəklində yayılır və məktəb, bağça uşaqlarının demək olar ki, hamısına yoluxur. İnfeksion rinit xəstəliyi əsasən payız və qış aylarında epidemiya şəklində baş verir. Xəstəliyin 2 forması var: - kəskin - xroniki. İnfeksion rinit xəstəliyinin kəskin fotması burunun selikli qişasının zədələnməsi ilə özünü biruzə verir. Xəstəlik qrip, paraqrip, adenovirus, kəskin-respirator virus xəstəliklərinin əlamətləri kimi özünü biruzə verir. Xəstəliyin əmələ gəməsində Streptococcus pneumoniae, Streptococcus pyogehes bakteriyaları mühüm rol oynayır. Bu bakteriyaların müxtəlif streotipləri bir-birini əvəz edib xəstəliyin əmələ gəlməsinə səbəb ola bilirlər. Xəstəliyi törədən mikroblar burun yollarına hava-damcı vasitəsilə yoluxurlar. Burun boşluğuna düşən mikrob burun-boğaz nahiyyəsində də hüceyrə membranına daxil olur və həmin hissənin toxumalarını zədələyir. Zədələnən hissədə qızartı, şikinlik və infiltrat əmələ gəlir. İnfeksion rinitin baş verməsinə yalnız bakteriyalar deyil, quru isti hava, kimyəvi maddələr (ammonyak, formalin, azot qazı, bəzi turşu məhlulları) də səbəb ola bilir. Xəstəliyin ilkin əlaməti burun yollarının tutulması və boğazda quruluq hissinin olmasıdır. Qısa müddətdən sonra burun açılır və selik axmağa başlayır. Bu zaman burun və burunətrafı nahiyyədə qızartı və şişkinlik əlamətləri qeyd olunur. İlk günlər burundan axan selik, bir-neçə gün sonra irinli iltihabla əvəz olunur. Bunlardan başqa xəstədə aşağıdakı əlamətlər özünü biruzə verir: - əzabverici öskürək - qızdırma - halsızlıq - əzələlərdə ağrı. Xəstəliyin kəskin dövrü 7-10 gün olur. İnfeksion rinitin xroniki formasına nadir hallarda rast gəlinir. Xəstəyə yataq rejimi təyin edilir. Çoxlu maye qəbulu məsləhət görülür. Xəstəliyin ağırlaşmasının baş verməməsi üçün həkimə müraciət etmək lazımdır.
SİZİ CƏLB EDƏ BİLƏR
Koronavirus hsqqında geniş məlumat COVİD-19 Virus
Koronavirus hsqqında geniş məlumat COVİD-19 Virus
Koronavirus hadisələri: 532,224Ölümlər: 24,087 Qurtarılan: 124,326Son Güncəlləmə: Bu gün, 07:21 AM Azərbaycan-da hazır ki statistikaya əsasən: Cəmi
Bürclər 2020 ASTROLOGİYA İllik Bürclər 2020
Bürclər 2020 ASTROLOGİYA İllik Bürclər 2020
Bürclər 2020 üçün nələr vəd edir? Daha ətrafli bizdə oxuya bilərsiz, 2020 Bürclər haqqında
Ayliq Bürclər Oktyabr 2018
Ayliq Bürclər Oktyabr 2018
Ayliq 10.2018 üçün ayliq burcler, Oktyabr ayi 2018 ci il ucun ayliq burcler, ay ərzinde burcler neler vəd edir? ay ərzində siz nələr gözləyir?
Qum xəstəliyi və onların müalicəsi
Qum xəstəliyi və onların müalicəsi
Saqqız dişə uyğun deyil. Qum xəstəliyi və onların müalicəsi
© Sayt.biz 2014 - 2022 - bütün hüquqlar qorunur...