Sayt.Biz


» » Endodontiya

Endodontiya

Endodontiya

Endodontiya


Kanal müalicəsi prosedurudur. Kanal müalicəsi canlı dişlərdə tək seansda, devital dişlərdə isə əsasən iki seansda yekunlaşır. Dişin üst təbəqəsinin altında dentin təbəqəsi var. Dentin təbəqəsinin altında dişin pulpası yerləşir. Dişin damar və sinirləri bu təbəqədə yerləşir.
Pulpa necə iltihablanır?

Hər insanın ağız boşluğunda bakteriyalar var ki, istənilməyən şərtlər meydana gəlmədikcə, ağız boşluğuna zərər verməzlər. Bakteriyalar aldığımız bir çox qida ilə birləşərək ağzımızda turşuların əmələ gəlməsini təmin edir. Bu turşular minaya zərər verir və mina qatında karies meydana gəlməsinə səbəb olur. Mina qatında əmələ gələn çürüklər müalicə edilməzlərsə, mina təbəqəsinin altındakı dentin təbəqəsinə keçir. Dentin təbəqəsi ağrı yolu ilə bizi xəbərdar etməsinə baxmayaraq, karies yenə müalicə edilməzsə, bu dəfə mikroorqanizmlər pulpaya doğru hərəkət edir. Bu zaman pulpa özünü qorumaq üçün müxtəlif yollarla təsir etməyə başlayır. Bu yollardan biri də ağrı yolu ilə bizi xəbərdar etməkdir. Amma yenə də dişimizi müalicə elətdirməsək, bir müddət sonra mikroorqanizmlər pulpa içindək idamar və sinirləri məhv edərək iltihabın meydana gəlməsinə səbəb olar. Pulpada iltihabın yaranmasının başqa yolu da zədələrdir. Dişə gələn bir zərbə, kökucundan dişin kökünə daxil olan damar və sinirlərin qopmasına, beləcə dişin canlılığını itirməsinə səbəb ola bilər.
Bir dişin infeksiyaya yoluxmuş olduğu necə aydın ola bilər?

Dişin soyuq və isti yeməklərə və içkilərə qarşı olan ağrı və həssaslığı, yemək zamanı yaranan ağrılar iltihaba və bir iltihab başlanğıcına işarədir. Karies pulpaya qədər çatdığı amma müalicə edilməyən dişlərdə infeksiya kökucundan çənə sümüyünə qədər çatar və üzdə kiçik və ya böyük şişlərə səbəb ola bilər. Bu cür böyük infeksiyalara səbəb olan dişlərdə belə kanal müalicəsi edərək diş ağızda saxlanıla bilər.
Kanal müalicəsi mərhələləri

Diş canlıdırsa lokal anesteziya edilərək diş və ətraf toxumalardakı həssaslığın yox edilməsi.
Dişin Mina və Dentin qatlarındakı çürükləri təmizlənərək pulpaya boşluğun yaradılması.
Kök kanalı içindəki yoluxmuş dentin təbəqələrinin, mikroorqanizmlərin məhvedilməsi və kənarlaşdırılması və kök kanallarının doldurulması.
Kanal müalicəsini müddətində, xüsusilə də canlı dişlərin müalicəsinin ardından dişdə bir neçə gün dözülə bilən bir ağrı və ya dişin üzərinə basıldığında ağrı meydana gələ bilər. Bu kanal müalicəsi sonrasında yaranan normal bir ağrıdır. Kanal müalicəsi edilən dişin biraz qorunması ilə qısa müddətdə ağrılar aradan qalxar.







Kanal müalicəsi aparılmış bir dişin ömrü nə qədərdir?

Əgər diş təkrarən infeksiyaya yoluxmasa və çürüməsini qabaqlayıcı tədbirlər görülsə, ömür boyu bu plomb istifadə edilə bilər. Daimi olaraq diş həkimi yoxlamalarınıza getsəniz, infeksiyanın başlandığı anda xəbəriniz olar. Ayrıca çox yaxşı bir ağız baxımı ilə də dişin təkrar çürüməsinin qarşısını almaq mümkündür.
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: