Ortodontiya - əyri dişlərin düzəldilməsi

Biz sosial mediada:
TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

loading...

Ortodontiya


Ortodontiya - əyri dişlərin düzəldilməsi, diş, çənə və üzdəki uyğunsuzluqların aradan qaldırılması ilə məşğul olan elm sahəsidir. Ortodontistlər çənə sümüyünüzün və dişlərinizin doğru yerdə və doğru vəziyyətdə yerləşməsini təmin edir. Dişlərdəki əyriliklərin düzəldilməsi ilə əhəmiyyətli bir estetik görüntü təmin etməklə yanaşı, ağız və diş sağlamlığına da xeyli müsbət təsir göstərməkdədir. Əyriliklərin aradan qaldırılması bu hissələrin daha asan və effektiv təmizlənməsini təmin edir ki, bununla da dişəti xəstəlikləri və kariesin qarşısını almaq olur. Həmçinin, dişlərin və çəninin bir-biri ilə kontaktı düzələcəyi üçün daha yaxşı çeynəmə funksiyası əldə olunur. Təxminən 7 yaşında ortodontik müalicəyə ehtiyacının olub olmamasının təyin olunması üçün övladınız mütəxəssis tərəfindən müayinə olunmalıdır.
Ortodontiya diş-çənə-üz bölgəsinə aid olan pozğunluqların əmələ gəlməsinin qabaqlamağa, irəliləmə prosesini dayandırmağa, müalicə etməyə, gözəl estetika və funksiyanın təmin olunmasına hədəflənir.
Ortodontik qwsurlarlar nədən əmələ gəlir:

Doğuş anomaliyaları (dodaq-damaq yarığı və s)

Xətalı funksiyalar (ağızdan nəfəs alma və s.) - Xroniki iltihablar və bənzər səbəblər uzun müddət davam edərsə, badamcıqlar həddindən artıq dərəcədə inkişaf edə bilər. Bu vəziyyətdə tənəffüs yolları daralır və nəfəs alma çətinliyi meydana gəlir. Bu çətinliyi aradan qaldırmaq və o bölgədəki tənəffüs yolunu genişləndirə bilmək məqsədiylə uşaq alt çənəsini və buna bağlı olaraq dilini önə verməyə məcbur olur. Belə vəziyyət uzun müddət davam etmiş olarsa, alt çənənin vəziiyəti önə doğru yer dəyişir. Dil qabaq dişlərin arasına girirsə və dişlərin çıxmasına mane olursa açıq qapanış (alt dişlərin üst dişlərə toxunmaması) meydana gəlir. Xəstə burundan nəfəs ala bilmirsə, üst çənənin böyümə potensialı üzərində mənfi təsir yaranır.

Bəd vərdişlər (barmaq əmmə, uzun müddət yalançı əmzik istifadəsi və s): Yeni doğulmuş körpədə olduqca inkişaf etmiş əmmə mexanizmi vardır. Əmmə instinkti təmin edilməmiş bir körpə bu ehtiyacını aradan qaldırmaq üçün bəzi vərdişlər əldə edir. Ana südü ilə 9-18 ay qidalanan uşaqların əksəriyyətində bu vərdişə rast gəlinmir. Aparılan araşdırmalar barmaq əmmənin həyatın ilk bir neçə həftəsində aclığa bağlı olaraq inkişaf etdiyini göstərmişdir. Dişlərin çıxmağa başladığı dövrdə təbii qıcıqlanmalardan yaranan ağrı barmaq əmmə vərdişini artırır. Barmaq əmmə yaşla azalır. Barmaq əmmənin səbəbləri: ani olaraq ana südündən və ya əmzikdən kəsilmə; körpə qidalanarkən əmməni çox qısa müddətdə bitirmək; uşağın qidalanmasını uzun aralıqlar şəkildə təşkil etmək və s. Barmaq əmmə vərdişinə qarşı erkən vaxtlarda heç bir tədbir görmək olmur. Bu dövrədə vərdişin qarşısını almaq uşağın fiziologiyasına təsir edəcəyi üçün təhlükəlidir. Bu vərdişin müalicəsi üçün dəqiq bir yaş dövrü deyilə bilməz. Uyğun zaman hər bir uşaq üçün ayrıdır. Ümumi halda isə barmaq əmmə vərdişi 3.5 yaşdan sonra da davam edərsə, müalicəyə başlanılmalıdır. Bu vərdiş olan uşaqlarda əmilən barmağa və ya barmaq sayına uyğun olaraq təsir sahəsində olan alt və üst dişlərdə əyriliklərə və alt çənə ilə üst çənənin bağlanması zamanı nizamsızlıqlara rast gəlinəcək.

Yalançı əmzik: Fizioloji xüsusiyyətləri olan bir əmziyin 1.5 yaşına qədər əmilməsi zərərli deyil. Hətta uşağın barmaq əmmə kimi pis bir vərdiş qazanmasının qarşıısını alar. Yalancı əmziklər davamlı olaraq istifadə olunduğu zaman ağız boşluğundakı toxumalara uzun müddət anormal təsir etdiyi üçün o bölgələrdə nizamsızlığa və müxtəlif dişləm qüsurlarına səbəb olmaqdadır.

Çürümə nəticəsində süd dişlərinin erkən düşməsi

Zədə

Düzgün qidalanmama: Kifayət qədər qidalanmayan insanlarda çənə və üz quruluşunun həcmində kiçilmələr meydana gələcək və normal həcmdəki dişlər kiçik çənədə düzgün yerləşə bilmədiyi üçün əyriliklər, rotasiyalar (dönmə), həttaretensiya hallarına rast gəlinir.

Yatmaq forması: Yatmaq forması ümumilikdə alt çənənin yatma zamanı mövqeyini müəyyən edir. Bu da bizə alt çənənin ortalama gündə 8 saat hansı mövqedə olduğu haqqında məlumat verir. Məsələn üzü üstə yatan bir uşaq ilə, arxası üstə yatan bir uşaqda alt çənənin mövqeyi fərqlidir. Yatarkən davamlı eyni tərəfə yatıb əlini və ya yumruğunu üzü ilə yastıq arasına qoyma vərdişi olan insanlarda həmin hissədə üz davamlı bir təzyiqə məruz qaldığı üçün ortodontik problemlər meydana çıxa bilər.

Diş sıxma, dırnaq yemə, qələm dişləmə, dodaq dişləmə kimi pis vərdişlər

Süd dişlərinin vaxtından qabaq düşməsi

Dişəti probleminə bağlı diş nizamsızlıqları

Diş itirilməsi ilə bağlı olaraq meydana gələn nizamsızlıqlar

20 Yaş dişlərinin öndəki dişlərə təzyiq etməsinə bağlı yaranan problemlər

Genetik meyillik

Hormonal pozuntular, sistem xəstəlikləri

Ortodontik müayinə nə vaxt edilməlidir?

5-6 yaşlarından etibarən keçirilir. Bu yaşlarda bəzi önləyici ortodontik müalicələr olduqca faydalı olmaqdadır. Bu dövrdə tətbiq olunan ortodontik müalicələr önləyici və qoruyucu ortodontik müalicə olaraq 2 qrupa bölünür.
Önləyici Ortodontik Müalicə

Bu müalicələrdə məqsəd daimi dişlər üçün kifayət qədər yer hazırlamaqdır. Vaxtından tez itirilən süd dişlərinin yeri üçün qoruyucu yer tutucular hazırlanmaqdadır.
Qoruyucu Ortodontik Müalicə

Pis vərdişlər; barmaq əmmə, anormal udqunma kimi faktorlara bağlı yarana biləcək problemlərin qarşısını almaq məqsədiylə vərdişin qarşısını ala biləcək texnikalar hazırlanmaqdadır.
Ortodontik müalicə ümumilikdə iki əsas hissədən ibarətdir:


Müalicə mərhələsi: Ortodontik müalicə, bu gün artıq hər yaşda tətbiq oluna bilir. Müalicələr sabit və hərəkətli aparatlar vasitəsilə aparılır.
Gücləndirmə mərhələsi: Bu hissədə müalicə ilə əldə edilən nəticələrin qorunması məqsədi ilə passiv xüsusi aparatlardan istifadə edilməkdədir.
Ortodontik problemlər iki cürdür: çənə qüsurları və diş qüsurları (əyri dişlər, yer darlığı və s.)
Çənə uyğunsuzluğunun səbəbi: alt çənənin daha geridə olması, alt çənənin daha irəlidə olması, genetik, inkişaf qüsurları və s.
Diş qüsurlarının növləri: yer darlığına görə dişlərin düzgün çıxmaması, yer çoxluğuna görə dişlərin aralı olması, barmaq əmmə və ya dilin normadan böyük olmasına görə üst və alt ön dişlərin arasında məsafə olması, dişlərin normal pozisiyada olmaması.
Yer darlığının (əyriliyin) səbəbi: genetik və ya inkişafdan asılı olaraq çənənin kiçik, diş eninin böyük olmasına görə dişlərin çənəyə yerləşməmələri, vaxtından əvvəl süd dişlərinin çəkilməsiylə qalan digər dişlərin bir-birlərinə yaxınlaşmaları və beləcə altdan çıxacaq daimi dişə kifayət qədər yer qalmadığı üçün daimi dişin əyri bir şəkildə çıxması və ya heç çıxa bilməməsi, 20 yaş dişlərinin arxadan digər dişlərə təzyiq etməsi.
Yer çoxluğunun (aralığın) səbəbi: genetik və ya inkişafdan asılı olaraq çənənin böyük, diş eninin isə dar olmasına görə dişlərin aralı bir şəkildə çənəyə dağılmaları, genetik və ya inkişafdan asılı olaraq bəzi daimi dişlərin çıxmaması (bu vəziyyətdə diş ya heç yoxdur, yada çənə içərisində qalmışdır).
Hərəkətli Ortodontik müalicənin tətbiq olunduğu hallar: sadə səviyyədə olan diş əyrilikləri, çənə darlığının aradan qaldırılmasını zəruri edən vəziyyətlər, erkən süd dişi itirilməsinə bağlı yaranmış boşluqların qorumaq məqsədilə doldurulması, barmaq əmmə kimi pis vərdişlərin aradan qaldırılması, diş qıcımalarının qarşısının alınması, müalicə sonrasında sabitlikəldə etmək məqsədiylə.
Sabit ortodontik müalicənin tətbiq olunduğu hallar: Dişlərdə əyrilik olması, alt və üst dişlər arasında ağızın bağlanması zamanı boşluq olması, üst dişlərin qabağa olması, daha yaxşı bir protez edilməsi məqsədiylə sadə diş hərəkətlərinə ehtiyac duyulması.
Ortodontik Müalicə Yanaşmaları:
Sabit Ortodontiya: Diş üzərinə yapışdırılan bracketlərlə aparılan müalicə şəklidir. Bracket metal ya da keramikadan ola bilər. Diş rəngində olan keramik bracketlər estetik baxımdan heç bir narahatlıq verməzlər.

Hərəkətli Ortodontiya: Xəstənin özünün taxıb çıxara bildiyi aparatlardır. Daha sadə vəziyyətlərdə tətbiq olunur.

Çənə Ortopediyası: Alt və üst çənənin bir-birinə uyğun olmamasını kiçik yaşlarda üzə geydirilən xüsusi aparatlarla düzəltməklə məşğul olan bir Ortodontiya sahəsidir. Çox vaxt ortopedik müalicə (çənələrin münasibəti təmin olunur) və ortodontik müalicə (dişlərin qapanış vəziyyətinin təmini) birlikdə aparılır.

Ortognatik Cərrahiyyə: ortodontik və ya ortopedik müalicə ilə düzəldilə bilməyəcək vəziyyətlərdə ortognatik cərrahiyəyə müraciət edilir. Çənə və ya üzdə olan qüsurlar doğuşdan, ya da qəza və xəstəliklərə bağlı olaraq sonradan ortaya çıxır. Çənənin bir-birinə və üzə görə uyğunsuzluğu xəstələrdə həm estetik, həm də funksional narahatlıqlara gətirib çıxarır. İnkişaf edən üstün texnologiya və cərrahi texnikalar vasitəsilə bu qüsurlar aradan qaldırılır.

Invisalign: Bəzi sadə etaplarda bracket istifadə etmədən, şəffaf kappaların istifadəsi ilə əyriliklər düzəldilə bilinir. İki həftədə bir dəyişdirilməli olan bu xüsusi kappaları xəstə gündə təxmini olaraq 20 saat taxmalıdır. Hər müalicə ortalama 60 cüt (alt-üst çənə) fərqli kappa tələb edir. Müalicə müddəti braketlerlə edilən müalicə müddətinə yaxındır. Vəziyyətə görə 6 ay ilə 24 ay arasında dəyişir.

Yetkinlərdə Ortodontiya Müalicəsi

Ortodontik müalicə üçün yaş məhdudlaşdırması yoxdur. Dişləri əhatə edən sümükləri sağlam olan hər kəsə ortodontik müalicə tətbiq oluna bilər. Bundan başqa artıq bracketlər diş rəngində keramikadan da hazırlanır. Beləcə, bracket taxdığınız asanlıqla görünməz. Müalicə xəstənin probleminə və yaşına görə 3 ay ilə 30 ay arasında davam edir.
Ortodontik Müalicə zamanı diqqət yetirməli olduqlarınız:

Bracket yemək və bakterik ərpin asanca toplanmasına səbəb olurlar. Buna görə ağız baxımı böyük əhəmiyyət daşıyır.

Orta yumşaqlıqda bir fırça istifadə etmək lazımdır. Xüsusi ortodontik fırçaların istifadə edilməsi də faydalı olar.

Super Floss diş ipindən istifadə gigiyenanın tam təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Ağız gigiyenanızı təmin etmək üçün sizə kömək olacaq digər bir köməkçi material isə interdental fırçadır.

Bundan başqa fırça və diş ipi ilə yanaşı köməkçi olaraq ağız qarqaraları istifadə edilə bilər, amma unutmayın ki, heç vaxt fırça və ipin yerini ala bilməz.

Alma, kök kimi sərt yeməklər bıçaqla kəsilərək yeyilməlidir. Yoxsa bracketin qırılmasına səbəb ola bilərlər.

Xüsusilə qabıqlı və sərt çərəzlər bracket qırılmasına səbəb ola biləcəyi üçün bunları yeməkdən çəkinmək lazımdır.

Karamel kimi yapışqan yeməklər bracketə yapışıb həm çürümələrə, həm də bracket qırılmasına səbəb ola bilər. Bu dövrdə diş əti sağlamlığınız baxımından müayinələr böyük əhəmiyyət daşıyır.

Şərh Yaz