Sayt.Biz


» » KenanPaşa Vidadioglu Ayrildiq Şeir 2020

KenanPaşa Vidadioglu Ayrildiq Şeir 2020

O qədər darıxdım deyib ağladım
bir dəfə hardasan?sözün demədin
o zaman iki qat günaha batdın
sən məni öldürüb dəfn eləmədin

Ayrılıq günüm də doğum günüm tək
yadımdan çıxmayıb xatirəmdədir
sən çıxıb gədən gün yağan yağışın 
izləri hələ də pəncərəmdədir

Adını çağırırıb evi gəzirəm
özümə yalançı ümid verirəm
bir zaman baxdıqın həmin güzgüyə
indi mən baxıram səni görürəm


Baxdıqın güzgüyə baxıram hər gün
bir dəfə görmürəm mən olduğumu
yoxluqun çevirib məni özünə
hər dəfə görürəm sən olduğumu


Hər gecə yerin boş olur yerinə
yanımda hər gecə uzanır əcəl
onunla yatıram nəfəs-nəfəsə
səhər də mənimlə oyanır əcəl.

Yazdı: KenanPaşa Vidadioglu
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: